Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar- FOTOLAR


Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar-


Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olan məşhur Hacıbəylilər nəslinin nümayəndələri 8 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində olub.

Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, muzeyin bələdçisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəylini Azərbaycan tarixini ən qədim dövrdən bu günə qədər əks etdirən ekspozisiya ilə tanış edib.

Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə də tanış olublar.

Hacıbəylilər daha sonra Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib. Qonaqlara məlumat verilib ki, ərazidə daş dövründən orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini əcdadlarımız yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Günün sonunda Diasporla İş üzrə Dövlət Komitəsinə gələn Hacıbəylilər Komitə rəhbəri ilə görüşərək səfər təəssüratlarını bölüşüblər və Diaspor TV-nin qonağı olublar.

Dövlət Komitəsinin, Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycana gələn Ceyhun Hacıbəylinin varisləri bu gün Parisə yola düşüblər.

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar-

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar-

Ceyhun Hacıbəylinin varisləri Azərbaycan tarixi ilə tanış olublar-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu