Memarlıqdan dövlət başçılığına gedən yol...- Aqil Acalov yazır

Xəbərin çap versiyası
Tarix: 12-12-2018, 11:46    |    Xəbər oxunub: 649 dəfə
Memarlıqdan dövlət başçılığına gedən yol...-


Aqil ACALOV



Heydər Əliyev həm öz dövrünün həm də yenilənməkdə olan müasir dövrümüzün qurucusudur. Dünyaca güclü liderlər bir müddət sonra özünü fikirləşir, xalqı unudur, ölkəsini çıxmazlara sürükləyir biz bunları görmüşük, oxumuşuq, eşitmişik. Lakin dünya elə liderlər də qazanıb ki, tarixlər boyu millətinin bütövlüyü, ölkəsinin rifahı üçün çalışıb. Məhz bu dahilərdən biri də ümumilli lider Heydər Əliyevdir. Güclü siyasətçilər nadirən olub ki, öyrətdikcə öyrədib hətta ən böyük dövlətlərin liderləri də Heydər Əliyev siyasətindən bəhrələnib.

1923-cü ildə çox kasıb fəhlə ailəsində doğulmuşdu, öz dövrünün çətin şərtlərinə baxmayaraq, bir an belə dayanmadan öz üzərində çalışıb. Memarlıqdan dövlət başçısına qədər gəldiyi yol onu müdrik, uzaqgörən siyasətçilərdən etdi. Bəli, Heydər Əliyevin ilk peşəsi memarlıq olub və bu çox açıq aydın görünür ki, elə yeni müstəqil Azərbaycanın da memarı özü oldu. Ulu öndərin siyasi fəaliyyəti 1964-cu ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin 1-ci müavini olaraq başladı. Daha sonra 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən ölkəyə ard-arda yeniliklər gətirdi. Bakı neft ölkəsidir və bu səbəblə də bir çox ölkənin gözü Bakıda idi. Hələ Heydər Əliyevin respublikiya birinci rəhbərlik dövründə Bakı sadəcə neft mərkəzi kimi deyil, bütün sahələrdə yüksəliş yaşamışdı. Sovet əsarətindən sıxılan Azərbaycan üçün o, xalqa ümid idi, istər aqrar sahədə, istər ölkə iqtisadiyyatında, istər elm sahəsində, istərsə də səhiyyədə müxtəlif yeniliklər gətirdi. Bütün bunlar DTK-da katib işləyərkən başlamışdı, sadəcə neft gəliri olan Azərbaycan ağ qızılı ilə də sürətlə gücündən bəhs etdirirdi. Bu bəllidir ki, uğur qazanan insanlar zamanla sınaqlara çəkilir, istənmir, müəyyən kütlə tərəfdən qıcıqla qarşılanır. Heydər Əliyev də bu yoldan keçən müdriklərdən idi. 1987-ci ildə məlum siyasi gərginliklərin tüğyan etməyə başladığı və eyni zamanda hələ qarşıdakı illərdə Azərbaycan üçün çətinləşən vaxtda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Beləliklə, ulu öndərin Azərbaycana 1-ci rəhbərlik dövrü bitir.

Onun Azərbaycana 2-ci rəhbərlik dövrü isə 1990-cı ildən başlayır. Get-gedə artan münaqişələr və Moskvadan təzyiqlər şiddətli hal alırdı. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb. Həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub, Ali Sovetin sessiyalarında fəal iştirak edib. O dövrkü hakimiyyətin səriştəsizliyi, ölkədə baş verən xaos sanki ulu öndərin birinci dəfə respublikiya rəhbərlik etdiyi dövrdəki islahatlardan əsər-əlamət qoymamışdı. Bakı o Bakı deyildi, müasirlikdə MDB ölkələri arasında yarışan paytaxtımız hər sahədə tənəzüllə uğrayırdı, digər tərəfdən isə ölkənin hər bölgəsində vətəndaş, qardaş qırğını baş verirdi. 1993-cü ilin iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Azərbaycan bir tərəfdən öz tarixi torpağı olan Dağlıq Qarabağı itirir, digər tərəfdən də yaşanacaq daha böyük təhlükələrin astanasında idi. Həmin dövrdə Heydər Əliyevin proseslərə fəal müdaxiləsi nəticəsində ölkədə siyasi situasiya dəyişdi. Azərbaycanın o zamankı rəhbərliyi, başda prezident Əbülfəz Elçibəy olmaqla H.Əliyevi rəsmən Bakıya dəvət etdi. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Beləliklə, ölkə uçurumdan qurtulmuş oldu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur