Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb- insanların sağlamlığı təhlükədə

Xəbərin çap versiyası
Tarix: 17-01-2019, 16:27    |    Xəbər oxunub: 722 dəfə
Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb-


Metronun hazırda şərti adı B3 olan stansiyasında güclü külək olmasına baxmayaraq iş dayandırılmayıb. Bir neçə saat əvvəl bu barədə redaksiyamıza məlumat verən Bakı sakinləri bildirdilər ki, səhərdən ərazidə işçilər və ağır texnika işləyir: “Kran da faktiki olaraq işlək vəziyyətdədir. Fəhlələr, texnika dayanmayıb. Halbuki aidiyyatı qurumlar açıq havada iş olmayacağı haqda açıqlama vermişdilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Məcəlləyə 2-ci əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən AFN-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün ərzində küləyin sürəti 23-40 metr/saniyə arasında dəyişib. Bu isə minimum 11 baldan da çox deməkdir. Məlumat üçün qeyd edək ki, küləyin sürətinin ölçülməsi qaydalarına əsasən, 2 metr/saniyə 1 bal hesab olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi də yanvarın 16-da yaydığı açıqlamada işəgötürənləri bu qaydalara riayət etməyə çağırıb. Lakin görünür, sözügedən ərazidə işləri reallaşdıran şirkət tərəfindən qanunlar və müvafiq qurumların xəbərdarlığı o qədər də vacib hesab edilməyib. “Bakı Metrosu” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AFN-ə açıqlamasında bildirib ki, B3 stansiyasında işləri bir neçə şirkət reallaşdırır: “Orada QSC-nin özü də iş görür, amma müxtəlif sifarişləri başqa şirkətlər də yerinə yetirə bilər. Bunlar hamısı tenderlə elan edilir və seçilir. Məsələn, ola bilər ki, eskalatorları bir şirkət quraşdırsın, başqa işi başqası görsün. Mən konkret iş görən şirkətlərin adlarını bilmirəm, lakin deyə bilərəm ki, indiyədək nə işlər görülüb, tikinti prosesi hansı mərhələdədir”.
Ərazidə küləkli havada işlərin davam etməsi xəbərinə cavabında isə B.Məmmədov bildirdi ki, açıq hava şəritində, hündürlükdə və kranla görülən işlərin dayandırılması ilə bağlı tapşırıq verilib: “Orada sadəcə gücləndirilmiş iş rejimində sahələrə baxış keçirilir. Bərkitmə yerləri yoxlanılır. Çünki bir dəfə tədbir görüb arxayınlaşmaq olmaz. Planlı şəkildə yoxlamalar, baxış, monitorinqlər aparılır və əlavə tədbirlər də görülür. Lazım gəldikdə bərkitmə işləri bir daha aparılır”.

HƏBİBƏ

Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb-

Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb-

Tikilməkdə olan metro stansiyasında güclü külək də işləri dayandırmayıb-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur