Meliorasiya və Su Təsərrüfatı ASC-də 20 Yanvar şəhidləri anılıb


Meliorasiya və Su Təsərrüfatı ASC-də 20 Yanvar şəhidləri anılıb


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.



Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan sədr onun tarixi hadisə kimi önəmini vurğulayıb. Sədr, 20 Yanvar hadisələrinə siyasi qiymətin də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini bildirib.

Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Cənab Prezident İlham Əliyev tərəfindən əziz tutulur. Möhtərəm Prezidentimiz torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğurunda inamlı siyasət aparır.

Qeyd edim ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım tədbirləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu