Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib- "Qaçqınkom"


Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib-


Son günlər bəzi elektron kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər.

AFN xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətinin yaydığı bəyanatında bildirilir. Qeyd edilir ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib: "Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib.
Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu