Azad Rəhimovun oğlu həmin qalmaqallı iclasda iştirak edib


Azad Rəhimovun oğlu həmin qalmaqallı iclasda iştirak edib


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun oğlu, “Formula-1” yarışlarının Azərbaycanda təşkili ilə məşğul olan “Baku City Circuit” şirkətinin rəhbəri Arif Rəhimov bu yaxınlarda müqavilənin 2003-cü ilə qədər uzadılması və “Formula-1” promouterləri assosiasiyasının (FOPA) daha öncə keçirilmiş qalmaqallı iclası barədə fikirləri ilə bölüşüb.

Virtualaz.org ESPN-ə istinadən xəbər verir ki, Arif Rəhimovun fikrincə, FOPA iclası və “Formula-1” rəhbərlərinin ünvanına yazdığı açıq məktubla KİV-də yaratdığı fırtınadan ibrət götürməlidir.

Xatırladaq ki, “Formula-1”in 16 mərhələsinin promouterləri çempionatın sahibi olan ABŞ-ın “Liberty Media” şirkətinə qarşı çıxıblar. Onlar bir sıra məsələlərə qarşı çıxış ediblər.

Londonda keçirilmiş görüş barədə yazan əcnəbi KİV-lər qeyd etmişdilər ki, həmin tədbirdə Azərbaycanın da nümayəndələri iştirak ediblər. Lakin elə o vaxt “Baku City Circuit” şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai virtualaz.org-a bildirmişdi ki, şirkətin nümayəndələri görüşdə olmayıblar və “Liberty Media” ilə münasibətlər normaldır.

Lakin Arif Rəhimovun ESPN-ə verdiyi açıqlamaya əsasən, o, bəzi söhbətlərdə iştirak edib. “Arif Rəhimov hər iki iclasda iştirak edib”, - ABŞ nəşri yazır.

Arif Rəhimovun fikrincə, mətbuat FOPA-nın təşəbbüsünü anlamayıb və bunu “Formula-1”ə qarşı hücum kimi qiymətləndirib. O bildirib ki. promouterlər, sadəcə olaraq, bir yerə toplaşmaq və müqavilələrdə nəzərdə tutulmayan bəzi detallara aydınlıq gətirmək istəyiblər.

“Baku City Circuit” şirkətinin rəhbəri deyir ki, promouterlər baş verən dəyişiklikləri əvvəlcədən bilmək istəyirlər, sonradan KİV-də oxuyaraq deyil.

“Problemin həll edilə bilmədiyi vəziyyətlərlə çox nadir hallarda qarşılaşırıq. Azərbaycan “Formula-1”lə olan münasibətlərindən çox razıdır və məhz buna görə də, müqavilənin müddəti uzadılıb”, - Arif Rəhimov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu