Cambulat Umarov: “Kütləvi davanın səbəbkarları axtarılır”-VİDEO


Cambulat Umarov:


Çeçenistan Respublikasının rəsmi şəxsləri və KİV-i azərbaycanlılarla çeçenlərin Moskvada baş vermiş və böyük səs-küyə səbəb olmuş kütləvi davaya cəlb olunmaları məsələsinə reaksiya veriblər.



Azərbaycan Respublikasının Prezident Administrasiyası dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun timsalında bəzilərinin kriminal hadisəyə sosial-etnik xarakter vermək cəhdinə vaxtında reaksiya bildirdi. Əli Həsənov qeyd edib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Dünən Çeçenistanın rəsmi KİV-ləri Azərbaycan Prezidentinin köməkçisinin mövqeyini ətraflı işıqlandırıblar.

Əli Həsənovun vaxtında verilmiş təcili bəyanatına Çeçenistan hökuməti də cavab verib. Virtualaz.org “Çeçenistan bu gün” nəşrinə istinadən xəbər verir ki, respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib: “Çeçenistan Respublikasının rəhbərliyi hadisə barədə məlumatlıdır, nümayəndələrimiz münaqişənin təfərrüatlarını araşdırır və onun səbəbkarlarını axtarılar”, - C.Umarovun bəyanatında deyilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu