Səhiyyə Nazirliyi Sumqayıtda qəzada yaralananların vəziyyəti barədə


Səhiyyə Nazirliyi Sumqayıtda qəzada yaralananların vəziyyəti barədə


Cümə axşamı Sumqayıtda avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 20-ə yaxın xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.

“Hazırda qəzada xəsarət alan 19 nəfər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasındadır. Onlardan 6 nəfər reanimasiya, 9 nəfər travmatollogiya şöbələrinə yerləşdirilib, qalanı neyrocərrahiyyə şöbəsində müalicə alır”, - o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, yaralıların vəziyyəti həm orta, həm də yüngül ağır kimi qiymətləndirilir.

“Yol qəzasında ümumlikdə 31 nəfər yaralanıb, çoxları yüngül zədə alıb”, - nazirlikdən qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu