Gəray Gəraybəyli: “Bu dəhşəti törədənlər layiqli cəzalarını alacaqlar”


Gəray Gəraybəyli:


Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş rəsm sərgisi və toplantı keçirlib. Toplantıdan öncə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və digər qonaqlar tələbələrin Xocalıya həsr etdiyi rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sonra faciə zamanı qətlə yetirilmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.



ATU-nun rektoru professor Gəray Gəraybəyli Xocalı faciəsini müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda yaşadığı ağır günlərdən biri kimi qiymətləndirdi: “Bu hadisənin məqsədi Azərbaycan xalqının birliyini, iradəsini qırmaq, xüsusilə dinc əhalinin apardığı mübarizəni dayandırmaqdan ibarət idi. Yalnız böyük xalqlar belə ağır hücumdan sonra özünü bərpa edə bilir, düşmənə qalib gələ bilər. Buna görə də mən əminliklə deyə bilərəm ki, biz güclü millətik”. G.Gəraybəyli Xocalı soyqırımının bütün dünyada tanınması, bu faciəyə hüquqi qiymətin verilməsi üçün dövlət səviyyəsində görülən işlərdən danışdı. Rektor Xocalı soyqırımını törədənlərin layiqli cəzasını alacağından əminliyini bildirdi.

Xocalıda erməni vəhşiliyinin şahidi olan, qohumlarının əksəriyyəti bu faciənin qurbanı olmuş ATU-nun anatomiya və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyev həmin gecə yaşadıqlarından danışdı. O, Xocalı sakinlərinin hadisələr zamanı cəsarət nümayiş etdirdiyini bildirdi: “Ölümün gözünə dik baxa bilməyin özü hər kəsdən daxili bir güc, daxili bir cəsarət tələb edir. Xocalılar bu cəsarəti bacardılar. Öləndə də erməninin qarşısında diz çökmədilər, əyilmədilər, əqidələrindən dönmədilər”.

Toplantıda çıxış edənlər xocalılara verilən işgəncələrə baxmayaraq, onların qəhrəmanlıq adı qazana bildiklərini qeyd ediblər.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü Azadə Taleh, ATUnun tələbələri çıxış ediblər. Tədir iştirakçılarına Xocalıya həsr edilmiş video material da nümayiş etdirilib.

Qeyd edək ki, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər şəhid olub, 487 nəfər əlil olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağılasığmaz erməni zülmünə, təhqir və işgəncələrə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Gəray Gəraybəyli:
Gəray Gəraybəyli:
Gəray Gəraybəyli:
Gəray Gəraybəyli:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu