Aktyorla direktorun cinayət işi ilə bağlı SON XƏBƏR


Aktyorla direktorun cinayət işi ilə bağlı


Aktyor-rejissor Rza Rzayevlə Bakı şəhər 220 saylı məktəbin direktoru Tural Mirzəliyev arasında yaşanan mübahisəyə görə cinayət işi açılmışdı.

Femida.az-ın əldə etdiyi məlumata görə, tərəflərin Nizami rayon Məhkəməsinin qarşısında baş vermiş davasına görə açılan cinayət işi ilə bağlı ilk məhkəmə iclası baş tutub. Nizami rayon məhkəməsində keçirilən hazırlıq iclasına hakim Ələddin Cəfərov sədrlik edib. O, işin materialları ilə tanış olduqdan sonra işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Hakim bildirib ki, bu hadisə Nizami rayon Məhkəməsinin qarşısında baş verdiyindən özü hadisənin şahidi olub. Odur ki, mənəvi cəhətdən məhz özünün işə baxmasını düzgün və ədalətli hesab etmir.
Xatırladaq ki, “Drakon” obrazı ilə məşhurlaşan Rza Rzayevlə Tural Mirzəliyev arasında mübahisə birincinin bacısı Zeynəb Rzayevanın direktor müavini işlədiyi 220 saylı məktəbdən çıxarılması ilə bağlı yaranıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə Z.Rzayeva işə bərpa olunsa da, tərəflər arasındakı mübahisə bitməyib. Belə ki, Rza Rzayev həmin məktəbdə övladları təhsil alan bəzi valideynləri bacısı haqqında yalan informasiyalar yaydığı üçün məhkəməyə verib. Ötən il 20 noyabrda Nizami rayon məhkəməsində keçirilməli olan proseslərdən birindən öncə tərəflər məhkəmə binasının qarşısında mübahisə edib və aralarında dava yaranıb.

Hadisə ilə bağlı 29 noyabr 2018-ci ildə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bu il fevralın 17-də isə Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az məsələni diqqətdə saxlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu