Nazir yeni rektoru kollektivə təqdim etdi


Nazir yeni rektoru kollektivə təqdim etdi


Bakı Dövlət Universitetinə dünən rektor təyin olunmuş Elçin Babayev hazırda kollektivə təqdim olunur.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov verib. O bildirib ki, hazırda Təhsil naziri Ceyhun Bayramov universitetin elmi şurasının yığıncağını keçirir. Yığıncaqda rektoru kollektivə təyin edən nazir ona bu fəaliyyətində uğurlar arzulayıb. E. Babayev də öz növbəsində ona göstərilən bu etimada görə təşəkkür edib.

Qeyd edək ki, E. Babayev bu təyinata qədər Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində işləyib.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu