ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi

Xəbərin çap versiyası
Tarix: 15-03-2019, 14:56    |    Xəbər oxunub: 554 dəfə
ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi


O, Amerikaya turist kimi gəlib, vizasının müddəti bitəndən sonra geri dönməyib. Çox çətinliklərdən keçib, başına elə hadisələr gəlib ki, danışdıqca hislərimi cilovlaya bilmirdim. Özüylə gətirdiyi pul bitənə yaxın qaldığı oteli tərk etməli olub. Nyu Yorkun Bruklin hissəsindəki həyətlərdən birində skamyada gecələyərkən Lyuba adlı 70 yaşlı bir belarus qadın ona yaxınlaşıb, neçə gündür skamyada nə üçün gecələdiyini soruşub. O da başına gələnləri ona danışıb, pulunun tükəndiyini, iş axtardığını söyləyib. Lyuba xanım mərhəmət göstərərək onu öz evinə dəvət edib. Bir neçə gün orada yaşadıqdan sonra qadın ona iş də tapıb. O vaxt Nyu Yorkda fəaliyyət göstərən "Abşeron" restoranına gətirib. Restoranın müdiri, milliyətcə yəhudi olan, Bakının Maştağa kəndindən Yaşar kişi onu işə götürüb və həyatı yavaş-yavaş öz axarına düşüb…



Haqqında söhbət açdığım Həbib Məmmədov 1971-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya gəlib. 1987-ci ildə Bakıdakı 255 nömrəli orta məktəbi bitirərək bir neçə il avtomobil hissələri və aksesuarlarının biznesi ilə məşğul olub. 1991-1995-ci illərdə Ukraynada Taras Bulba adına Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakultəsində ali təhsil alıb. 1995-ci ildə Bakıya dönərək dörd il müxtəlif işlərdə çalışıb. 1999-cu ildən ABŞ-ın Nyu York şəhərində yaşayır. Bir il restoranda aşpazlıq etdikdən sonra 2001-2010-cu illərdə Bruklin Zərgərlik Fabrikində zərgər işləyib. 2010-2013-cü illərdə Nyu York Tibb Universitetində təhsil alaraq tibb işçisi ixtisasına yiyələnib. Eyni zamanda iki uşaq bağçası yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2013-2016-cı illərdə təsis etdiyi tikinti-təmir şirkətinə rəhbərlik edib. 2016-cı ildə "Best Professional Home Care" şirkətini yaradıb. Onun həyat yoldaşı ilə birlikdə rəhbərlik etdiyi bu şirkət Nyu Yorkda yaşayan ahıl yaşlı azərbaycan, türk və rus dilli əhaliyə xidmət göstərir. İngilis, ispan, özbək dillərində sərbəst danışır. İdmanla məşğul olur...

…Ömür-gün yoldaşı Şahnaz xanım ixtisasca ingilis dili müəllimidir. Üç övladı var, iki oğlan, bir qız…

Deyir ki,- "İngilis dilində danışmağı bacaran, əlində ixtisası, peşəsi olan, xüsusən də həkimlər, mühəndislər buyurub ABŞ-a gələ bilərlər. Bir-iki il çətinlikləri olsa da, sonrakı həyatlarından məmnun qalacaqlar. Nyu Yorka pənah gətirənlərə isə kömək etməyə həmişə hazıram"…

Həbib sözün əsl mənasında çox bacarıqlı, necə deyərlər, ürəyi yanan, istiqanlı insandır. Qardaş və bacılarından başqa əlliyə yaxın dost-tanışın Amerikada məskunlaşmasına təmənnasız yardım edib, qayğılarını çəkib…

Bütün insanlar kimi onun da arzuları var. İstəyir ki, işğal olunmuş torpaqlarımız tezliklə geri alınsın. Lazım gələrsə əlinə silah götürüb döyüşməyə hazır olduğunu da, dilə gətirir.
Bəli, milli kimliyini uca tutan, Amerikaya turist kimi daxil olan bu soydaşımız, indi Amerika Birləşmiş Ştatlarının azərbaycanlı vətəndaşıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi
ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi
ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi
ABŞ-ın azərbaycanlı vətəndaşının ömür hekayəsi





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur