Amerikada yaşayan azərbaycanlı yazıçı- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 16-03-2019, 10:33    |    Xəbər oxunub: 535 dəfə
Amerikada yaşayan azərbaycanlı yazıçı-


İlk gətirdiyi sitat Şah İsmayıl Xətaidən oldu- "Bir mən var, məndən içəri"…



Bəli, daxilən zəngin insanlarla söhbət etmək həmişə maraqlı olub. Necə deyərlər, "sarı sim"ə toxundun ki, sehirli bir aləmə düşürsən, qalanı zövqdən, təfəkkürdən asılıdır…



Deyir ki,- "Mənim içimdə bir qızcığaz var, azad və şıltaqdır. Həmişə nəyisə axtarır, nəyisə tələb edir. Əgər mən onu öldürə bilsəydim, rahat yaşayardım"…

Bu gün haqqında danışmaq istədiyim Sədaqət xanım Əliyeva Bakının Türkan kəndində dünyaya gəlib. 1984-cü ildə həmin kənddə 119 nömrəli orta məktəbi bitirib. Üç il sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qiyabi şöbəsinə qəbul olunub. 1992-ci ildə oranı başa vuraraq teatr kollektivinin rəhbəri ixtisasına yiyələnib. Eyni zamanda Türkandakı mədəniyyət evində çalışıb. 1992-ci ildə yenidən bitirdiyi universitetə sənəd verib və 1998-ci ilədək əvvəl axşam, sonra isə qiyabi şöbədə oxuyaraq, bu dəfə oranı teatrşünas ixtisası ilə bitirib. 1994-cü ildən 1999-cu ilədək "Yuğ" teatrında işləyib. Bir müddət özünü yeni doğulan övladlarına həsr edib.
2004-cü ildən ABŞ-ın Ayova ştatının De Moyn şəhərində yaşayır. Buraya gələndən bir neçə il dil, kompyuter kurslarına gedib. 2009-2012-ci illərdə De Moyn ərazi icma kollecində qrafik dizayn ixtisası üzrə təhsil alıb. Sonra bir il həmin kollecdə işləyib. 2013-2016-cı illərdə müxtəlif orta məktəblərin kitabxanasında çalışıb. 2016-cı ildən qonşu Klayf şəhərinin ictimai kitabxanasında işləyir…

Amerikada yaşayan azərbaycanlı yazıçı-


…Ömür-gün yoldaşı Əbdülqəyyum Muxtar Moskvada indiki Rusiya Teatr Akademiyasını bitirib, ixtisasca teatr rejissorudur. Bakıda yaşayarkən "Yuğ" teatrının quruluşçu rejissoru olub. Üç övladı var- bir oğlan, iki qız…

Sulu boya, karandaşla rəsm çəkməyi, şeir və hekayə yazmağı xoşlayır. Rəsmlərini üzə çıxarmasa da şeir və məqalələri Azərbaycan mətbuatında çox dərc olunub. Amerikaya gələndən sonra isə Ayova Universitetinin nəşr etdiyi hekayələrdən ibarət "We the inter woven" adlı kitabda üç müəllifdən biri kimi dörd hekayəsi çap olunub. Hazırda "Amerikanın tapılması səfəri" adlı ingilis dilində kitab üzərində işləyir…

Deyir ki,- "Orta məktəbdə oxuyarkən bir dəfə dayım qızı mənə- "Sən bura adamı deyilsən. Sən xaricdə yaşamalısan"- söyləmişdi. Sanki ürəyinə dammışdı. Tale məni xaricə- Amerikaya gətirdi. Azərbaycanda xeyli əziyyət çəkmişəm. Maddi və mənəvi çətinliklərim çox olub...
Amerikada insanlar öz düşüncələrini azad şəkildə ifadə edə bilirlər. Məni burada olduğum kimi qəbul ediblər. Bir sözlə, Amerikaya gələndən sonra mən özümü və rahatlığımı tapmışam, indi həyatım çox maraqlıdır. Rumi gözəl deyib- "Sənin axtardığın həmişə səni axtarır…""

Çox istedadlı xanımdır. 2014 və 2016-cı illərdə Ayovanın De Moyn şəhər teatrının kollektivinin iştirakı ilə rejissor kimi iki tamaşaya quruluş verib. Səhnələşdirdiyi bu tamaşalara görə Lova Beynəlxalq Mərkəzinin "Zənginliyə Pasport" mükafatına layiq görülüb.
Arzuları bir-birindən gözəldir. Bütün analar kimi övladlarını xoşbəxt görmək istəyir. Qələmə aldığı əsərlərdən ibarət ingilis, azərbaycan dillərində kitab nəşr etdirməyi planlaşdırır. İnsanlara isə tövsiyəsi, bu oldu:- "Hər kəsin öz ömür yolu var. Heç biri təkrar olunmur. Adamlar bir-birinə sevgi ilə yanaşanda həyat da gözəl olur"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Amerikada yaşayan azərbaycanlı yazıçı-
Amerikada yaşayan azərbaycanlı yazıçı-
Amerikada yaşayan azərbaycanlı yazıçı-
Amerikada yaşayan azərbaycanlı yazıçı-
Amerikada yaşayan azərbaycanlı yazıçı-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində nəqliyyatın hərəkətində sabah da məhdudiyyət olacaq

Yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində nəqliyyatın hərəkətində sabah da məhdudiyyət olacaq

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb-

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb- Şəhidimiz var

Fransa mətbuatı Mehriban Əliyevadan yazdı

Fransa mətbuatı Mehriban Əliyevadan yazdı

Yanğınla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

Yanğınla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

"Diqlas”ın ikinci şəriki Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdir

""Diqlas"-ın sahibi FHN generalından da güclü birisi olub"- Ekspert ticarət mərkəzindəki yanğına görə FHN-i tənqid elədi

FHN-in rəisindən “Diqlas” rəhbərliyinə ağır ittiham

FHN-in rəisindən “Diqlas” rəhbərliyinə ağır ittiham

Əmək, məşğulluq və sosial müdafiə sahəsində çalışan əməkdaşlar üçün xarici dil kursları təşkil olunub

Əmək, məşğulluq və sosial müdafiə sahəsində çalışan əməkdaşlar üçün xarici dil kursları təşkil olunub

Avropa bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

Avropa bankı Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək

İlham Əliyev yenidən qurulan “Bakmil” metro stansiyasında yaradılan şəraitlə tanış olub-

İlham Əliyev yenidən qurulan “Bakmil” metro stansiyasında yaradılan şəraitlə tanış olub- FOTOLAR

1450 manat maaşla 5 villa, çox saylı mülklər alan icra başçısı-

1450 manat maaşla 5 villa, çox saylı mülklər alan icra başçısı- VİDEO+FOTOLAR

Sabahın olan hava proqnozu açıqlanıb

Sabahın olan hava proqnozu açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur