Görəsən, Novruz müəllim 4-cü sənaye inqilabının mahiyyətini bilirmi?- Qubad İbadoğlu


Görəsən, Novruz müəllim 4-cü sənaye inqilabının mahiyyətini bilirmi?-


"Baş nazir parlamentdə dördüncü sənaye inqilabından danışdı. Tikintidə istifadə edilən nəinki çəkic və baltanı, hətta onların sapını belə özümüz istehsal edə bilmiriksə, xaricdən gətiririksə, onda ümumiyyətlə sənaye inqilabından danışmağa dəyərmi? Görəsən, Novruz müəllim 4-cü sənaye inqilabının mahiyyətini bilirmi?"

AFN xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. N.Məmmədovun parlamentdə hesabatını dəyərləndirən ekspert daha sonra qeyd edib: "Baş nazir parlamenti məlumatlandırdı. Çıxışını oxudum, ona hesabat olduğunu yazmağa adamın əli də gəlmir. Çıxışında Azərbaycanda 4-cü sənaye inqilabının baş verdiyini diqqətə gətirdi və onu dövlət başçısının ölkədə sənayeləşmə siyasəti ilə bağladı. Baxmayaraq ki, son illər Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər, yəni istisadiyyata sərmayə qoyuluşu ildən-ilə azalır. Ötən il azalma 4,4 faiz idi. Bu ilin 2 ayında azalma daha da çoxalıb 9,3 faizə çatıb. Ən pisi də odur ki, bu dövrdə sərmayə qoyuluşunun yalnız 12,7 faizi qeyri-neft sənayesinə yönəlib. Ümumiyyətlə isə qeyri-neft sənayesində əsaslı kapital qoyuluşu 2019-cu ilin yanvar-fevral aylarında 2018-сi ilin yanvar-fevral aylarına nisbətən 26,4 faiz azalıb. Budur dördüncü sənaye inqilabının nəticəsi? Dövlətin maliyyələşdirdiyi bahalı layihələr hesabına 1-2 zavod açmaqla sənayeləşmədən danışmaq gülüncdür.
4-cü sənaye inqilabı (“Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını özündə səciyyələndirir. Bu inqilab robot-avtomobillər, 3D çap, genlərin redaktə edilməsi, əşyaların interneti, insan orqanizminə implantasiya edilmiş telefon, süni intellekt, blokçeyn vasitəsilə vergi və gömrük rüsumlarının toplanması kimi texnoloji sıçrayış və inovasiyaları nəzərdə tutur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu