Münhendə yaşayan Mirzə Xəzər

Xəbərin çap versiyası
Tarix: 17-03-2019, 11:19    |    Xəbər oxunub: 574 dəfə
Münhendə yaşayan Mirzə Xəzər


"Azadlıq radiosunun azərbaycan dilində verilişinə başlayırıq"- Yəqin ki, bu kəlmələr çoxunuzun yadındadır. Ötən əsrin 90-cı illərində Azərbaycan əhalisi bu verilişin hər buraxılışını səbirsizliklə gözləyirdi. Münhendən yayımlanan bu veriliş yeganə xəbər mənbəyi idi ki, adamlar dürüst, obyektiv məlumat ala bilirdi. Və bu verilişi xalqa sevdirən, səsi hələ də qulaqlardan getməyən bir jurnalist var- Mirzə Xəzər…



Haqqında söhbət açdığım bu insan 1947-ci ildə Göyçay rayonunda dünyaya gəlib, milliyətcə yəhudidir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ildə İsrailə köçənədək Sumqayıtda vəkil işləyib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. 1976-1985-ci illərdə "Azadlıq radiosu"nun Azərbaycan bölməsində baş redaktorun müavini olub. 1985-ci ilin oktyabr ayında ABŞ-a gedərək 1987-ci ilədək Vaşinqtonda "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri vəzifəsində çalışıb. 1987-ci ildə Almaniyanın Münhen şəhərinə köçüb. 2003-cü ilədək "Azadlıq radiosu"nda Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.

İsveçin paytaxtı Stokholmdakı "Bibliya Tərcümə İnstitutu"nun sifarişi ilə "Bibliya"nı, "Tövrat"ı və "İncil"i azərbaycan dilinə təkrar tərcümə edib. "İncil" onun tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr olunub. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib…
Qurban Səidin alman dilində yazdığı "Əli və Nino" romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində "Azadlıq radio"sunda qismən tərcümə olunaraq, radio proqramı şəklində efirdə səsləndirilib. O vaxtlar əsər almancadan ingiliscəyə, ingiliscədən türkcəyə tərcümə olunmuşdu. 1989-cu ildə "Azərbaycan" ədəbi-bədii jurnalının baş redaktoru, yazıçı, mərhum Yusif Səmədoğlunun xahişi ilə "Əli və Nino" romanını almancadan tam olaraq tərcümə edib və 1990-cı ildə "Azərbaycan" jurnalının 3 nömrəsində tam olaraq işıq üzü görüb. 2007-ci ilin mart ayında Mirzə Xəzərin tərcümə etdiyi "Əli və Nino" romanı əsasında ilk dəfə olaraq Bakıda ritual faciənin premyerası olub. Tamaşa həmin ilin ən yaxşı tamaşası kimi böyük maraqla qarşılanıb.
Hazırda "Mirzə Xəzərin Səsi" adlı internet qəzeti var.
Onun "Verba Volant, Scripta Manent" ("Söz Uçar, Yazı Qalar") adlı ilk kitabı 2013-cü ildə Almaniyanın Münhen şəhərində çapdan çıxıb. İkinci kitab- "Factum est Factum" ("Peşman Deyiləm") isə 2014-cü ilin sonunda işıq üzü görüb…

…Üç övladı var, bir oğlu, iki qızı- Müşfiq, Sevda, Sabrina. Üçü də ali təhsillidir…

Deyir ki,- "Mən Azərbaycanı canımdan çox istəyirəm. Həmişə çalışmışam ki, mənə doğma olan bu cəmiyyətə fayda verim, yararlı olum. Arzulayıram ki, Qarabağ məsələsi tezliklə öz həllini tapsın. İnsanlar firəvan, şən yaşasınlar"…

Çox təvazökar, təmkinli insandır. Yüksək mədəniyyəti davranışında, əməllərində öz əksini tapıb. Həmişə halal çörək yeyib, düzə düz, əyriyə əyri deməyi bacarıb…

Ömrünün 72-ci ilini yaşayır. Sağlamlığında problem olduğunu görüb onu çox danışdırmağa ürək etmədim. Azərbaycan naminə böyük işlər görən bu insana Allahdan şəfa diləyirik…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Zamiqlə Röyanın

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ — VİDEO

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

19 iyun 1920-triumviratın ölümü -

19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi:

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb -

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb - VİDEO

Nikah və boşanmaların statistikası açıqlanıb

Nikah və boşanmaların statistikası açıqlanıb

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Yusif Mustafayev efirdə söyüş söydü -

Yusif Mustafayev efirdə söyüş söydü - VİDEO

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Mələk Siyaranın əziz xatirəsinə -

Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur