Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 11:45    |    Xəbər oxunub: 609 dəfə
Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər


Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə böyük sevinc hissi ilə qeyd olunur.



Martın 18-də Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. N saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, kəndirbazların, nağara ifaçılarının çıxışları, dirədöymə, kəndirdartma, xoruz döyüşdürmə, "Kilimarası" "Maral" kimi müxtəlif oyunlar maraqla qarşılanıb.

Dədə Qorqud və Bahar qızı milli geyimli atlıların müşaiyəti ilə meydana daxil olaraq, bayram iştirakçılarına təbriklərini çatdırıblar. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Xalqımızın ən qədim və milli bayramı olan Novruz bu günlərdə ölkəmizin hər yerində sonsuz sevinc və xoş əhval-ruhiyyə ilə qeyd olunur.

M.Məmmədov rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, aparılan geniş tikinti-quruculuq işlərindən də bəhs edib. Qeyd edib ki, dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər günü-gündən gözəlləşir, müasirləşir. Rayon rəhbəri əldə edilən uğurlara görə bütün tərtərlilər adından Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib, əmin etdi ki, tərtərlilər bundan sonra da möhtərəm Prezidentimizi dəstəkləyəcək, Azərbaycanımızın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsində əllərindən gələni əsirgəmyəcəklər.

Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə, xidmətdə fərqlənən hərbçilərə hədiyyələr, fəxri fərmanlar və bayram sovqatı təqdim olunub. Bayram tədbiri rayon Mədəniyyət Mərkəzinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.

Tədbirdən sonra rayon rəhbəri məcburi köçkünlər üçün salınmış 1170 ailəlik yaşayış kompleksində məskunlaşan şəhid ailələri ilə görüşüb, qayğıları ilə maraqlanıb, onlara bayram sovqatı verib.

Sabah isə rayonun təmas xəttində yerləşən bütün kəndlərində bayram tonqalları yandırılacaqdır.

Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər
Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər
Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər
Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər
Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər
Tərtərlilər baharın gəlişi sevinc hissi ilə qeyd edirlər





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA:deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA:deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur