YAP-ın sədr müavini: "Əli İnsanovun azadlığa buraxılması üçün heç bir tərəfdən nə xahiş, nə də istək olub"

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 16:05    |    Xəbər oxunub: 555 dəfə
YAP-ın sədr müavini:


“Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı 400-dən artıq insana şamil edildi. Bu, Prezidentin böyük humanizmindən xəbər verir. Müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə onların ailələrinə sevinc bəxş etdi. Bu sərəncam ilk deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar etdiyi səhvi başa düşübülərsə, Prezident humanizmlik göstərir və əfv edir. Əfv edilən şəxslərdən biri də Əli İnsanovdur. Prezident onu əfv etməklə humanizmliyini nümayiş etdirdi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O, təəssüf hiss ilə qeyd edib ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verib: "Prezidentin humanizmliyi sayəsində azadlığa çıxan insan gərək belə etməyəydi. Görürsünüz ki, azadlığa çıxanlar içərisində fərqli dünya görüşünə malik insanlar var. Onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi. Ən azından bu insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, bu, bir insani borcdur ki, ona “sağ ol” deyəsən. Amma biz bunu Əli İnsanovdan görmədik.

Bildiyimə görə, Əli İnsanovun azadlığa buraxılması Prezidentin bilavasitə şəxsi təşəbbüsüdür. Bununla bağlı heç bir tərəfdən nə xahiş, nə də istək olub".

YAP rəsmisi vurğulayıb ki, hər hansı beynəlxalq təşkilat və ya dövlət Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib: "Əli İnsanovun pis bir bəyanat səsləndirməsi, guya, azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması ona edilən yaxşılığın dərk etməməsi anlamına gəlir. Bu, ən yumşaq şəkildə ifadə ediləndir. Görünür, Əli İnsanov əfv olunmasına baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhv addımını başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin etdiyi humanizmi qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu, onun hansı keyfiyyətlərə malik olduğunu göstərir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?-

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?- Yeni təfərrüatlar

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri-

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri- FOTOLAR

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı:

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı: Atası çatsa da, saxlaya bilməyib-VİDEO

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur