Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Xəbərin çap versiyası
Tarix: 25-03-2019, 13:21    |    Xəbər oxunub: 532 dəfə
Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri


Onu Budapeştə bir macar qızına olan sevgisi aparıb. Otuz beş ildir ki, orada yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəm şairdir, macar dilində yazıb yaradır, 28 yaşındadır. İndiyədək 3 kitabı işıq üzü görüb, ölkə mətbuatında tez-tez şeirləri çap olunur. İkinci oğlu Davudun isə 26 yaşı var, ali təhsilli mühəndisdir. İkisi də subaydır…



Haqqında söhbət açdığım Ramiz Əmirli 1958-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində dünyaya gəlib. 1975-ci ildə orta təhsilini həmin kənddə başa vurub. 1976-1978-ci illərdə Macarıstanda hərbi xidmətdə olub. 1979-1984-cü illərdə Bakı Dövlət Universitetində kitabxanaçı ixtisasına yiyələnib. 1984-cü ildən Macarıstanda yaşayır…

Deyir ki,- "Uzun illər burada yaşasam da heç vaxt azərbaycanlı olduğumu unutmamışam. Bacardığım qədər Azərbaycana, soydaşlarımıza faydalı olmağa çalışmışam. Azərbaycanın Macarıstandakı səfirliyinin tədbirlərində iştirak etməkdən çəkinməmişəm. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında yazıların ölkə mətbuatında çap olunmasında xidmətlərim olub"…

Macarıstanda məskunlaşdığı ilk vaxtlar Varpalota Alminium zavodunda işləyib. 1993-cü ildə Budabeştə köçüblər. Elə o vaxtdan da böyük şirkətlərdən birində baş menecer vəzifəsində çalışır. 2011-ci ildə "Macar-Azərbaycan Birgə Cəmiyyəti"ni yaradanlardan biri olub və hazırda həmin təşkilatın prezidentidir. Bu cəmiyyətin xətti ilə çox işlər görüb. Ramil Səfərovun vətənə qaytarılmasında böyük xidmətləri var…

Deyir ki,- "Bir gün İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana təşrif buyurdular. Onları ölkənin yüksək vəzifəli məmurları ilə görüşdürdüm. Azərbaycan prezidenti İlham Əliyevin göstərişini həyata keçirmək məqsədi ilə Ramilin azadlığa çıxması üçün il yarım vaxt sərf etdik. Bu işdə mənə bir nüfuzlu macar dostumun çox böyük köməyi dəydi və gördüyünüz kimi Ramil Səfərov artıq azadlıqdadır"…

Macarıstanda yaşasa da Azərbaycan dövlətinə həmişə sədaqətli olub. Macar rəsmilərinin Azərbaycana səfərlərində, Azərbaycan rəsmilərinin Macarıstanda görüşlərinin təşkil olunmasında yaxından iştirak edib. Hazırda ölkədə azsaylı xalqın nümayəndəsi kimi azərbaycanlıların macar parlamentində təmsil olunmasına çalışır…

Mütaliə etməyi xoşlayır, milli musiqimizi dinləməkdən doymur. İstəyir ki, Qarabağ tezliklə işğaldan azad edilsin. Azərbaycan cəmiyyətinin yumruq kimi birləşməyini arzulayır…

Çox insanlara əl tutub. Macarıstanda 1500-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Bir çox tələbənin yerləşməsində, müxtəlif problemlərinin həllində yardımçı olub. Hətta bəzilərini evində də saxlayıb. Martın 25-də bu xoşməramlı insanın 61 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə isə yeni-yeni uğurlar arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Əlilliklə bağlı göndərişləri Dövlət Agentliyi rəsmiləşdirəcək

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?-

Bacı 25 ildir qardaşını zəncirdə saxlayır?- Yeni təfərrüatlar

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri-

Ruhi dispanserə yerləşdirilən Britni Spirsin son görüntüləri- FOTOLAR

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri MHD-də treninq keçirib

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı:

23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı: Atası çatsa da, saxlaya bilməyib-VİDEO

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur