“Diqlas”ın rəhbərliyi üzə çıxdı- Sahibkarlarla görüş keçiriləcək


“Diqlas”ın rəhbərliyi üzə çıxdı-


"Diqlas" Ticarət Mərkəzinin rəhbərliyi mağazaları yanan sahibkarlarla görüşəcək.

Azvision.az -ın məlumatına görə, görüş bu gün saat 16:00-da olacaq. Ticarət mərkəzinin rəhbərliyi sahibkarların şikayətini dinləyəcək.

Qeyd edək ki, ötən gün paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın olub. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu