"Bank of Baku" yaranmış problemi aradan qaldırdı- Nəsimi Paşayev


"Bank of Baku" yaranmış problemi aradan qaldırdı-


"Bank of Baku" rəhbərliyinin operativ reaksiyası və müdaxiləsi nəticəsində dünən sizinlə paylaşdığım problem həllini tapdı. Qeyri-iş günü olmasına baxmayaraq kartımdan çıxılan vəsait geri qaytarıldı. Elə buna görə də bu postu yazmağa özümü borclu bildim.



AFN xəbər verir ki, bu sözləri Nəsimi Paşayev öz sosial şəbəkə profilində qeyd edib. O bildirib ki, aparılan araşdırma və mənə verilən çox detallı izahata görə aydın oldu ki, əslində problem "Bank Of Baku"nun deyilmiş:

"Belə ki, post terminal bu bankın olsa da mənim kartım başka banka aid idi. Texniki problem hər zaman və hər yerdə, bütün banklarda baş verə bilər. Sadəcə bankın və mağaza əməkdaşlarının məni yanlış yönləndirmələri səbəbindən müəyyən anlaşılmazlıq yaranmışdı. Əslində mənə "bu problem sizin kartınızın aid olduğu banka aiddir" deyilməli idi. Bəlkə o zaman burada həmin bankın adını görmüş olardıq.

Bütün bunlara baxmayaraq məsələnin təcili həll edilməsində köməklik göstərən Gulshan D. Jumayeva xanıma və onların komandasına, texniki heyətinə və məsələni diqqətdə saxlayan rəhbərlərinə təşəkkür edirəm.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu