"Macara dolu Amerika"


"Macara dolu Amerika"


Amerika Birləşmiş Ştatlarında Azərbaycanla bağlı çəmiyyətlər çoxdur. Amma hamısı fərdi təşkilat kimi təsisçilərinin iradəsinə uyğun fəaliyyət göstərir. Heç kimin qarşısında heç bir məsuliyyət daşımadan.
Və bunların bir çoxunun arasında pərdəarxası münaqişələr mövcuddur. Biri digərini inkar edir, biri o birisinin fəaliyyətinə şübhə yaratmağa çalışır. Bu isə heç də ürəkaçan mənzərə deyil.



Etiraf etmək lazımdır ki, ABŞ-dakı erməni təşkilatları bizim təşkilatlardan daha mütəşəkkil, daha güclüdür...

Olmazmı ki, ABŞ-da yaşayan vətənpərvər soydaşlarımız arasında ümumi bir təsis konfransı keçirib vahid cəmiyyət yaradılsın?
Yaradılacaq təşkilata rəhbər isə seçki yolu ilə seçilsin. Və hər seçilən rəhbərin seçiciləri qarşısında öhdəliyi, eləcə də konkret rəhbərlik müddəti olsun. Həmin təşkilatın isə azərbaycanlıların sıx məskunlaşdığı ştatlarda şöbələri, şəhərlərdə isə bölmələri açılsın...

Bunu etməyin bir yolu var. ABŞ-da yaşayan ən nüfuzlu, vətənpərvər soydaşlarımızı bir araya gətirmək, onların vahid bir təşkilatda birləşməsinə nail olmaq. Əgər belə olarsa təşkilatın maliyyə dəstəyi də tapılacaq və nüfuz əhatəsi də kifayət qədər güclü olacaq. Daha haradasa Xocalı soyqrımının ildönümünü keçirməkdən ötrü Azərbaycandakı hansısa rəsmi qurumdan maddi yardım gözləməyə ehtiyac qalmayacaq...
Nə qədər ki, yumruq halında birləşə bilmirik, açıq əldəki barmaqlar kimi ha əlləşsək də çox zəif olacağıq...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu