Xalidə Bayramova Elinanın intiharına görə prokurorluqda dindirilib


Xalidə Bayramova Elinanın intiharına görə prokurorluqda dindirilib


Xəbər verdiyimiz kimi, 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.



AFN unikal.org-a istinadən xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. Elina Hacıyevanın intiharı ilə bağlı onun ifadəsi alınıb.

Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu