MŞ-dan məktəblinin intiharı ilə bağlı KİV-ə daha bir müraciət

Xəbərin çap versiyası
Tarix: 15-04-2019, 11:45    |    Xəbər oxunub: 510 dəfə
MŞ-dan məktəblinin intiharı ilə bağlı KİV-ə daha bir müraciət


"Son günlər bəzi internet media reruslarında və müxtəlif sosial şəbəkə profillərində 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ətrafında çoxsaylı materiallar yayımlanmaqdadır. Əlbəttə, ikincilərin hadisənin həssaslığına diqqət yetirməməsi müəyyən mənada anlaşılandır. Ancaq medianın reytinq naminə məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir. Mətbuat Şurası olaraq dəfələrlə mövcud istiqamətdə tövsiyələr verib, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq”.



Bu barədə Mətbuat Şurasının kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə qeyd olunur.

Müraciətdə bildirilir ki, intihar hallarına dair materiallar yayımlayarkən hadisənin cəmiyyətdə doğuracağı reaksiyanı düşünmək mütləqdir, bu, jurnalistikanın təməl prinsiplərindən irəli gəlir: "Ümumən jurnalistikanın prinsipləri tələb edir ki, faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə olaylara cəlb edilmiş uşaqların və yeniyetmələrin kimliyi mütləq qorunmalıdır, onların foto şəkilləri, video-görüntüləri yayılmamalıdır.

Təəssüf ki, Elina Hacıyeva ilə bağlı məsələdə bu tələbə əməl edilmədi. Hazırkı durumda bəzi media orqanlarının yanaşması baş vermiş hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hadisədə bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, hadisə ilə bağlı təqdimatları izləyən digər cəmiyyət üzvlərinin, xüsusən də Elinanın həmyaşıdlarının mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var".

Müraciətdə bildirilir ki, bəzi media orqanlarında E. Hacıyevanın foto-görüntüləri ilə yanaşı, onun intihar anını əks edildiyi iddia olunan video-görüntülər də yayımlanmaqdadır. Burada əlaqədar qurumlar üzərinə düşən vəzifələrin icrasında məsuliyyətli davranmalıdırlar: "Cəmiyyətin informasiya almaq hüququnu məhdudlaşdırmamaq şərtilə gənclərlə və yeniyətmələrlə bağlı faciələrin, intihar hallarının doğura biləcəyi reaksiya onlar tərəfindən də düzgün hesablanmalı, hansı foto, yaxud video-görüntünün yayıla biləcəyinin mümkünlüyü ciddi nəzərə alınmalı, həmin görüntülərin insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bu iş peşəkar qurulmalı, hansısa inzibatçılıqla aparılmamalı, yalnız qanunçuluğa söykənməlidir.

Azərbaycan Mətbuat Şurası bir daha internet media resurslarının təmsilçilərinə müraciət edərək onları öz üzərilərinə düşən missiyaya həssas yanaşmağa, qeyd etdiyimiz məsələləri mütləq qaydada nəzərə almağa çağırır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur