10 min dollaradək kreditlərlə bağlı məhkəmələr dayandırıldı- RƏSMİ


10 min dollaradək kreditlərlə bağlı məhkəmələr dayandırıldı-


"Problemli kreditlərlə bağlı məhkəmə işlərinin geri çağırılması barədə fərman dərc olunan kimi bütün işlər dayandırılıb".

Qaynarinfo xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransında deyib.

O bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə işçi qrup yaradılıb və işlər görülür:
"İddiaçılara tövsiyə edirik ki, gəlib iddia ərizələrini geri götürsünlər".

***

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev bildirib ki, problemli kreditlərlə bağlı məhkəmə işlərinin icraatı təxirə salınıb:

"Bu bir bank üzrə deyil, bir vətəndaşın bütün banklarda olan kreditlərinin toplam məbləğinə aiddir. Buna görə də bu proses uzun vaxt aparır, bütün banklara sorğu verilir və vətəndaşın bir neçə bankda olan kredit məbləğinin 10 min dollardan artıq olub-olmadığı müəyyənləşdirilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu