"Elinanın işi" Lotu Qulinin vəkilinə tapşırıldı

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 13:43    |    Xəbər oxunub: 597 dəfə
"Elinanın işi" Lotu Qulinin vəkilinə tapşırıldı


162 saylı orta məktəbdə pəncərədən özünü ataraq intihar etmiş Elina Hacıyevanın ailəsinə vəkil məqsədilə yardım toplanması aksiyası dayandırılıb. Çünki üç vəkillə bu ailəyə təmənnasız hüquqi yardım göstərmək barədə razılıq əldə olunub. Bunlar Emin İsayev, Sevinc Əliyeva və Azər Nağıyevdir.

Unikal.org xəbər verir ki, xəbər verir ki, E.Hacıyevanın anası Sevil Hüseynova aprelin 23-də Vəkillər Kollegiyasına dəvət edilib. Hüquqlarını müdafiə edəcək vəkillər S.Hüseynovaya təqdim olunub.

S.Hüseynova bildirib ki, artıq vəkillərlə müqavilə imzalanıb: “Tam ödənişsiz üç vəkillə təmin edildim. Beləliklə, vəkil üçün pul yığmaq məcburiyyətindən azad olundum. Bildirirəm ki, bu məqsəd üçün nə mən, nədə ki, ailəm pul yığır”.

S.Hüseynova iki gün öncə bildirmişdi ki, vəkil üçün pul toplanması barədə məlumatlar yayılandan sonra Təranə Əliyeva adlı başqa bir vəkil də öz təşəbbüsü ilə onlara gələrək, hüquqi yardım göstərmək istədiyini deyib.

“Vəkillər Kollegiyasının sədri də zəng edərək, bir neçə vəkilin bizə hüquqi yardım göstəməyə hazır olduğunu bildirib. Təranə Əliyeva da bir nəfərlə birlikdə özü bizə gəlmişdi. Hələlik konkret qərar verməmişik. Amma çox güman ki, Təranə Əliyeva olacaq”,- Elinanın anası iki gün əvvəl belə demişdi.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, T.Əliyeva həm də Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın rəfiqəsidir. İstisna olunmur ki, T.Əliyeva məhz rəfiqəsinin təşəbbüsü ilə bu işə qoşulmaq istəyib.

X.Bayramova Elinanın ölümü ilə bağlı istintaqa da cəlb olunub. Çünki məktəbli özünü pəncərədən atandan sonra məktəbdə otaqda onu danışdırıb, bunu videoya çəkən X.Bayramova olub.

X.Bayramova bildirib ki, hadisə günü səhər saat 9 radələrində məktəbin direktoru Sevinc Abbasova ona zəng edərək, belə bir olay yaşanması haqda məlumat verib. O da öz növbəsində icra başçısını məlumatlandırıb və daha sonra məktəbə gedib: “Çünki mən icra başçısının müavini olmaqla yanaşı, həm də yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə komissiyanın sədriyəm”.

Hadisə barədə hüquq-mühafizə orqanlarına da özü məlumat verdiyini bildirən X.Bayramova yaralı vəziyyətdə qızı videoya çəkməsini isə belə izah edib: “Məqsədim baş verən hadisədə maksimum şəffaflığı təmin etmək, hadisədən sonrakı araşdırmalar üçün faktları qeyd etmək olub”.

Bildirdiyinə görə, sonradan həmin videonu övladının canlı vəziyyətdə son xatirəsi kimi, Elinanın anasına verib.

T.Əliyeva uzun illər “Lotu Quli” kimi tanınan Nadir Səlifovun da vəkili olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur