Elinanın ölümü ilə bağlı yeni müəmma: "O, taksiyə oturub aradan çıxdı…"

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 15:44    |    Xəbər oxunub: 659 dəfə
Elinanın ölümü ilə bağlı yeni müəmma:


AFN// “Mən xəstəxanada Elinaya çarpayısına yaxınlaşdım. Həkim dedi ki, o bir neçə dəqiqə əvvəl dünyasını dəyişib, lakin ondan meyit qoxusu gəlirdi”.

Bunu Media.Az-a müsahibəsində xəstəxanadan canlı yayım edən, “Liniya jizni” qrupunun administratoru Gültən Ramazanova deyib.

Onun sözlərinə görə, hadisədən sonra həkim Vaqif Rəhimov taksiyə oturub qaçıb.

“Elina ailəsi ilə tanış deyildim. Bizim Facebook-da qrupumuz var. Orda qrup üzvlərindən biri – Stasya mənə yazdı məktəbdə şagird özün pəncərədən atıb, və məndən kömək istədi.

Mən Elinanın anası Sevil Hacıyeva ilə əlaqə saxladım, o məndən pul yığmağı təşkil etməyi xahiş etdi. Qızını travmatologiya şöbəsinə keçirmək istəyirdi. Sevil xanım bildirdi ki, onların maliyyə imkanları bunun üçün bəs etmir.

Elinanın ölümü ilə bağlı yeni müəmma:

“Liniya jizni” qrupunun administratoru Gültən Ramazanova

Mən onu əmin etdim ki, bütün yığılan məbləğ Elinanın digər şöbəyə keçirməyə yönləndiriləcək.

Aprelin 6-da hüquq müdafiəçisi Kəmalə Ağazadə mənə zəng etdi. O bildirdi ki, Elina ölür. Mən dərhal xəstəxanaya getdim. Həkim Vaqif Rəhimov dedi ki, Elina bir neçə dəqiqə bundan əvvəl dünyasını dəyişib. Bu bizim üçün şok idi. Mən Elinanın xəstəlik tarixçəsini istədim və soruşdum ki, niyə o, süni tənəffüs aparatına qoşulub, lakin oksigen yoxdur.

Həkim suallarıma cavab verə bilmədi və mənə digər korpusa İlqar həkimin yanına göndərdi. Mən ora qaçdım. Lakin İlqar həkim bildirdi ki, heç bir cərrahi müdaxilə etməyib, və suallara yalnız Vaqif həkim cavab verə bilər.

Vaqif Rəhimovu tapmaq isə mümkün olmayıb. Şahidlər dedilər ki, o taksiyə oturub aradan çıxıb.

Mən xəstəxanada Elinaya çarpayısına yaxınlaşdım. Həkim dedi ki, o bir neçə dəqiqə əvvəl dünyasını dəyişib, lakin ondan meyit qoxusu gəlirdi”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur