23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı: Atası çatsa da, saxlaya bilməyib-VİDEO

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 15:57    |    Xəbər oxunub: 631 dəfə
23 yaşlı qızın intiharının dəhşətli təfərrüatı:


AFN// Bakının Yasamal rayonunda özünü 7-ci mərtəbədən atan 23 yaşlı qızın cənazəsi ailəsinə təhvil verilib.

BakuPost-un əməkdaşı faciə baş verən ailəyə baş çəkib və bəzi yeni məlumatlar əldə edib.

Bildirildiyi kimi 1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızı gözəllik salonlarından birində qəbul şöbəsində işləyib. Bir müddət əvvəl salonun kassasından 800 manatlıq əskik aşkarlanıb. Gözəllik salonunun Rəna adlı sahibəsi bu itkiyə görə Firuzə Dadaşovanı günahlandırıb, ondan zərərin ödənilməsini tələb edib. Rənanın tələbləri aqressiv xarakter daşıyıb, hədə-qorxu və aşağılayıcı hərəkətlərlə müşayiət olunub. Rəna Firuzə Dadaşovaya məxsus qızıl-zinət əşyalarını və mobil telefonunu əlindən alıb, kassadakı əskik məbləğ yerinə qoyulmayınca qaytarmayacağını bildirib. O, tez-tez Firuzə Dadaşovanın Yeni Yasamalda yaşadığı mənzilə gəlir, ailə üzvləri ilə konflikt yaradırmış.

Aprelin 22-də Rənanın növbəti gəlişindən və dava-dalaşından sonra Firuzə özünü yaşadığı evin eyvanından atmaq istəyib. Lakin atası qızının bu cəhdinə mane olub. Qızın psixoloji durumuna və emosional davranışlarına baxmayaraq, Rəna aprelin 23-də yenə onların qapısını döyüb. Həmin axşam Firuzə atasına “Məni bağışla” deyərək, özünü eyvandan atıb. Atası qızına çata bilsə də, onu tutub saxlaya bilməyib. Yerə çırpılan qız dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Firuzə Dadaşova nişanlanmağa hazırlaşırmış və ailələr arasında razılıq əldə olunubmuş.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur