Çikaqoda yaşayan azərbaycanlı şirkət rəhbəri- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 13:43    |    Xəbər oxunub: 681 dəfə
Çikaqoda yaşayan azərbaycanlı şirkət rəhbəri-


Halallıq ən yüksək insani keyfiyyətlərdən biridir. Bu dəyər hər kimdə varsa, o şəxs həm etibarlı və həm də sədaqətli olur. Amerika Birləşmiş Ştatlarının bir dövlət kimi necə olduğu haqqında fikir yürütmək istəmirəm, amma etiraf eləməliyəm ki, əksər amerikalıların həyat tərzində hallalıq ən önəmli yerlərdən birini tutur. Burada halal adam oldunsa, səni əhatə edən cəmiyyətin rəğbətini hər zaman hiss edəcəksən…



Haqqında söhbət açmaq istədiyim Əli Əzimov da halal insandır. İyirmi səkkiz yaşında Amerikaya gələnədək bircə dəfə də olsun Azərbaycandan kənara çıxmayan bu soydaşımız məhz elə halal adam olduğu üçün qısa müddətdə bu nəhəng ölkədə özünə şərait yarada bilib…

O, 1983-cü ildə Bakının Buzovna kəndində dünyaya gəlib. 2000-ci ildə həmin kənddə 26 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirərək, istehlak mallarının keyfiyyətinin təyin edilməsi üzrə ekspert ixtisasna yiyələnib. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Sonra on il "ZZ motors" şirkətinin ehtiyat hissələri departamentində menecer işləyib. 2010-cu ildə "Green card" udaraq bir il sonra ailəsi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinə gəlib…

…Atası Akif Əzimov "BakıQazMaş" zavodunun direktoru olub. Ömrünün son illərində "AzərQaz"da avtomobil parkına rəhbərlik edib. 2004-cü ildə qəflətən dünyasını dəyişib. Anası Ema xanım uşaq bağçasında musiqi müəllimi işləyir…

Əli Çikaqoda məskunlaşandan sonra iki il müxtəlif işlərdə çalışıb. 2013-cü ildə "BakuCaspian" şirkətini yaradaraq biznes sahəsində fəaliyyətə başlayıb. Şirkət yaşlı və eləcə də azyaşlı amerikalıların tibbi nəqliyyatla xəstəxanalara daşınması ilə məşğul olur. 2018-ci ildən başqa bir soydaşımızla birləşərək şirkəti böyüdə bilib. Hazırda 20 sürücüyə və 4 inzibati işçiyə rəhbərlik edir. Onların bir neçəsi azərbaycanlılardır...

Deyir ki,- "Ən böyük arzum Çikaqoda "Azərbaycan Mədəniyyət Mərkəzi" yaratmaqdan ibarətdir. İstəyirəm ki, həmin mərkəzdə azərbaycan dili kurslarından tutmuş, rəqs, musiqi dərnəkləri də olsun. Azərbaycan tarixindən online dərslər tədris edilsin. Qoy balalarımız milli kimliyini itirməsinlər"…

…Ömür-gün yoldaşı Günel xanım məşhur söz ustadı Kəbir Azərinin qızıdır. Kəbir Azəri Nizami Rəmzi ilə birlikdə avtomobil qəzasında həlak olub. Günel xanım ixtisasca ingilis dili müəllimidir. Hazırda həyat yoldaşının şirkətində çalışır. Üç övladı vardır, bir oğlan, iki qız. Oğlu Ayhan 11, qızları Məryəm xanım 8, Xədicə isə 3 yaşındadırlar…

Amerikaya gəlişi həyatının ilk böyük riski olub. İki azyaşlı uşaqla yad bir ölkədə hər şeyi yenidən başlamağın nə qədər məsuliyyətli olduğunu başa düşmək heç də çətin deyil. Yeri gəlmişkən, elə soydaşlarımız var ki, on ildən çoxdur ABŞ-da yaşayır, amma necə deyərlər, hələ də yerində sayırlar…

Bir başqa oğuldur, Əli. Həm yumor hissi, həm mehribanlığı və həm də sədaqəti ilə çoxlarından fərqlənir. Futbol oynamağı xoşlayır, balıq ovu ilə məşğul olmağı özünün hobbisi hesab edir. İbadətindən də heç zaman qalmır, vaxtlı vaxtında namaz qılır, oruc tutur. Deyir ki,- "Burada təəccüblü heç nə yoxdur. Hər bir qul Allahına şükür etməyi bacarmalıdır"…

İkinci ən böyük arzusu isə ailəliklə Həcci ziyarət etməkdir. Bəli, ABŞ-a gələndə özü ilə gətirdiyi halallıq ona qısa zamanda amerikalıların etibarını, etimadını qazandırıbsa, özü söylədiyi kimi, qulu olduğu Allah bu arzusunu da inşəallah çin edər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Çikaqoda yaşayan azərbaycanlı şirkət rəhbəri-

Çikaqoda yaşayan azərbaycanlı şirkət rəhbəri-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? -

Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? - VİDEO

“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır

“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır

“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” -

“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” - Əliməmməd Nuriyev

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” –

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” – Qabil Hüseynli

Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur