Mehriban Əliyeva: "Qala divarlarını heç nə bağlamamalıdır"-VİDEO

Xəbərin çap versiyası
Tarix: 26-04-2019, 20:02    |    Xəbər oxunub: 598 dəfə
Mehriban Əliyeva:


AFN// "İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır".

Bunu Birinci vitse-prezident Mehriban Əliyeva BBC News Azərbaycancaya bildirib. Bakının "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarlarına metal konstruksiyadan divar hündürlüyündə qurulmağa başlamış tikili ictimaiyyətin diqqətini çəkib və paytaxt sakinləri tarixi abidələrin qorunmamasına diqqət yönəldiblər.

Mehriban Əliyeva BBC News Azərbaycancaya eksklüziv müsahibəsində bildirib ki, "qala divarlarının görünüşünü heç nə kəsə bilməz".

Birinci vitse-prezident bildirib ki, İçərişəhər hər zaman sakinlər və turistlər üçün populyar yer olub, yalnız "yararsız vəziyyətə gələn binaların yenidən, çox hündür konstruksiyadan bərpası həyata keçirilib.

O vurğulayıb ki, İçərişəhərin "hər qalası, divarı, hər bir daşı dövlətin" diqqətindədir: "Vaxt vardı ki, İçərişəhər məhz burda olan nöqsanlara görə, UNESKO-nun qara siyahısına salınmışdı. Ondan sonra bir çox tədbirlər həyata keçirildi, xarici ekspertlər dəvət olundu, onların rəyini aldıq, onların dəstəyi ilə bütün nöqsanları aradan qaldırdıq".

Bəs İçərişəhərdə nə baş verir?

Bir neçə gündür ki, qala divarları boyunca əvvəl taxtadan olan obyektlər sökülüb yerində daha hündür metal kostruksiya quraşdırılır.

Tikinti qala divarlarının bir neçə santimetrliyində aparılır. Bu obyektin gələcəkdə nə olacağı barədə ictimaiyyətə geniş məlumat verilməyib. Kənardan görünənlərə görə, bu tikili əvvəlkindən daha hündür olacaq və qala divarlarının kənardan görünməsinin qarşısını kəsəcək.

Sosial media istifadəçiləri İçərişəhərdə qoruğun qədimliyini pozan hər hansı konsktursiyanın əleyhinədir və düşünürlər ki, ümumiyyətlə qala divarlarının qarşısını heç bir kafe-restoran və dükanla kəsmək olmaz.

"İçərişəhərdə restoran-kafelərin sayını çoxaltmaqdansa, azaltmaq lazımdır".
Sənətşünaslıq üzrə elmlər doktoru, memar Elçin Əliyev BBC News Azərbaycancaya bildirib ki, qala divarlarının qarşısında tikilən yüngül konstruksiyalı restoran nə qədər gözəl olsa da, "divardan vacib" deyil.

"Mən görürəm ki, tikilən konstruksiya divardan yüksəkdir və divarı örtür. Deməli, bu halda komersiya maraqları bizim tariximizdən vacibdir. Həmin restoran söküləndə mən sevinmişdim, sonradan gördüm ki, orda daha gərgin vəziyyət yaranır".

Onun fikrincə, rəsmi qurumlar İçərişəhərdə yeni tikintilərin olmayacağını bəyan etsə də, buna əməl etmirlər: "Hər dəfə yeni binalar ucaldılır, özü də daha hündür mərtəbəli binalar olur".

Memar deyir ki, onda İçərişəhərin əvvəlki vaxtlarının fotoları var: "Mən o şəkillərlə indiki vəziyyəti müqayisə edəndə nə qədər böyük fərq olduğunu görürəm".

Elçin Əliyev hesab edir ki, İçərişəhərdə restoran-kafelərin sayını çoxaltmaqdansa, azaltmaq lazımdır.

O, İçərişəhər qoruğunun qorunmasının təkcə rəsmi qurumların yox, hər kəsin borcu olduğunu da əlavə edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur