“Bakı Metropoliteni” QSC “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək


“Bakı Metropoliteni” QSC “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək


“Bakı Metropoliteni” QSC “MetroGallery ” layihəsi çərçivəsində daha bir layihə həyata keçirəcək. “Bakı Metropoliteni” QSC “Bakcell” şirkətinin dəstəyi ilə “Gənclik” stansiyasının keçidlərində 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi təşkil edəcək.



Sərginin açılışı may ayının 7-də saat 11:00-da olacaq.

Tədbirdə “Bakı Metropoliteni” QSC-nin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranlarımız da iştirak edəcək.

Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranlarımızın fotolarından ibarət tablolar nümayiş olunacaq.

Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənəcək.

Smartfon və ya planşetlərə “QR-Code” proqramı yükləyən tamaşaçılar veteranların foto şəkilləri ilə virtual şəkildə də tanış ola bilərlər.

Qeyd edək ki, buna qədər “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində keçirdiyi sosial layihələr sırasında “Dünya rəssamları”, talassemiyalı uşaqlara yardım məqsədi ilə uşaqların rəsm əsərləri, Azərbaycan kinofilmlərinin çəkilişində lentə alınmış fotolardan və Azərbaycanda Xəzər dəniz Gəmiçilik tarixinin 160 illiyini əks etdirən fotolardan ibarət, “Azərbaycanın görkəmli rəssamları” sərgilər metropolitenin “Nəriman Nərimanov” və “Gənclik” stansiyalarının keçidlərində uğurla nümayiş olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu