Kanadada yaşayan azərbaycanlı psixoterapevt xanım

Xəbərin çap versiyası
Tarix: 16-05-2019, 12:51    |    Xəbər oxunub: 597 dəfə
Kanadada yaşayan azərbaycanlı psixoterapevt xanım


Vətən həsrəti qəribə bir hissdir. Onu yaşamasan heç vaxt anlaya bilməzsən. Bu hiss sadəcə doğulub boya-başa çatdığın məmləkətdən perik düşdüyündən deyil, həm də milli kimliyinə sevgidən, damarlarında axan qandan qaynaqlanır. Bəli, qürbətdə nə qədər uğur qazansan da, həyatın nə qədər rahat keçsə də vətən həsrəti səni bir an rahat buraxmır. Özündən asılı olmayaraq vətənin tərənnümçüsünə çevrilir, vətən naminə daha çox işlər görməyə çalışırsan…



Onun da bu qərib ölkədə Azərbaycan naminə gördüyü işlər çoxdur. O qədər tədbirlər həyata keçirib ki, artıq say-hesabı da unudulub. 2005-ci ildə Ontario əyalətinin London şəhər icmalar arası sağlamlıq mərkəzinin nəzdində güneyli-qüzeyli azərbaycanlı xanımlardan ibarət "Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyəti"ni yaradıb. Vətən naminə ictimai fəaliyyətə başlayıb. Xidmətləri o qədər böyük olub ki, 2007-ci ildə onu London şəhəri üzrə "Mükəmməl Qadın" nominasiyasına layiq görüblər.
2010-cu ildə fəaliyyətini genişləndirərək "Azərbaycan-Türk Kanada Asossasiyası"nı təsis edib. Təşkilatın Kanada dövləti tərəfindən qeydiyyata alınmasına nail olub. Hər il 28 may müstəqillik günündə, Novruz bayramında şəhər rəsmilərinin, eləcə də kanadalıların iştirakı ilə tədbirlər həyata keçirib. Qarabağla bağlı tədbirlərdə isə millət vəkillərini dəvət edərək onlara işğal altında olan torpaqlarımız, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız haqqında ətraflı məlumatlar verib. 2012-ci ildə Kanadanın elm və texnologiyalar naziri Ed Holderin parlamentin ümumilər palatasının iclasında Xocalı faciəsi ilə bağlı çıxışına nail olub. Müxtəlif icmaların birlikdə ərsəyə gətirdikləri tədbirlərdə sərgilər təşkil edərək Azərbaycanı təbliğ edib. Ötən il ADR-in 100 illiyi ilə bağlı Torontoda möhtəşəm tədbir keçirib. Həmin tədbirdə senatorlar, federal və əyalət parlamentlərinin üzvləri də iştirak ediblər...

Haqqında söhbət açdığım Kəmalə xanım Şiriyeva Lənkəran şəhərində dünyaya gəlib. 1983-cü ildə orta təhsilini başa vuraraq indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1988-ci ildə oranı bitirdikdən sonra 1992-ci ilədək Lənkəranda müxtəlif müəsissələrdə çalışıb. 1992-1998-ci illərdə Lənkəran Dövlət Universitetində psixologiya fənnini tədris edib. 1998-2002-ci illərdə Bakı Dövlət və Azərbaycan Dövlət Pedaqoji universitetlərində psixologiya müəllimi işləyib. 1998-ci ildə Bakı Dövlət Universitetində elmi iş müdafiə edərək psixologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 2002-ci ilin sonlarından Kanadanın Ontario əyalətinin London şəhərində yaşayır...

…Ailəlidir. İki övladı vardır. Böyük qızı Səbinə xanım Ontario Qərb Universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib. İkinci qızı Nigar xanım isə hazırda klinik psixologiya üzrə doktoranturada təhsilini davam etdirir. Hər ikisi də Torontoda çalışırlar…

Kəmalə xanım Kanadaya gələndən sonra Ana və Uşaq Tədqiqat Mərkəzində işə düzəlib. 2006-cı ilədək burada kitabxanaçı işləyib. 2006-2009-cu illərdə Ailəyə Psixoloji Xidmət Mərkəzində psixoloq məsləhətçi kimi çalışıb. 2009-2011-ci illərdə Hamilton şəhərindəki özəl psixoloji mərkəzdə psixoloq işləyib. 2011-2013-cü illərdə isə London şəhər "Sprinqbank" tibb mərkəzində psixoterapevt olub. Eyni zmanda 2011-ci ildən bu günədək London şəhərindəki tibb mərkəzlərindən birinin psixotrapevtidir. 2011-2013-cü illərdə təhsilini davam etdirərək klinik psixologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə nail olub. Tez-tez beynəlxalq elmi nəzəri konfranslarda iştirak edir. İndiyədək bir neçə dəfə Türkiyədə də olub. Hazırda Portuqaliyada keçiriləcək konfransa hazırlaşır...

…Evinin qarşısındakı torpaq sahəsində böyük bir buta ərsəyə gətirib. Yoldan ötənlər bunun nə olduğunu soruşanda- Azərbaycanın rəmzlərindən biridir,- söyləyir. Öz peşəsi ilə bağlı kitabları mütaliə etməkdən yorulmur. Üzgüçülük idman növüylə, yoqayla məşğul olmağı xoşlayır. İstəyir ki, Azərbaycanın üç rəngli bayrağı tezliklə Qarabağda dalğalansın. Ən böyük arzusu isə o taylı, bu taylı Azərbaycanın bütöv olmasıdır…

Bəli, çox imanlı xanımdır. Xeyriyyə işlərindən xüsusi zövq alır. Əl tutmağı, yardım etməyi ən vacib əməllərdən hesab edir. Namaz qılıb, oruc tutur. Deyir ki,- "Mən Kanadaya təzə gələndə gördüm ki, katoliklər, proslavlar və eləcə də müxtəlif məzhəblərin nümayəndələri həftə sonu kilsələrə tələsir, ibadət etməyi özlərnə borc bilirlər. Düşündüm ki, mənim dinim ən ali dindir, mən niyə ibadət etməməliyəm. O gündən bu günədək Allahıma namaz qılmaqla baş əyməyi, Ona verdiklərinə görə şükr etməyi adət etmişəm"…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“VTB Bank”da 257 milyon manat yığılmış zərər

“Keşikçidağ” Azərbaycanındır -

“Keşikçidağ” Azərbaycanındır - Nazirlikdən açıqlama

AQTA-nın daha bir tender

AQTA-nın daha bir tender "möcüzəsi - Təhməzlinin şirkəti 643 min manatlıq tender udub

Azərbaycanda yeni internet televiziya yaradılıb

Azərbaycanda yeni internet televiziya yaradılıb

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

“Nar Wi-Fi” ilə bağ mövsümündə internetsiz qalma!

Türkiyə-Fethiyədə

Türkiyə-Fethiyədə "Qarabağ" həqiqətləri anılıb

Doha İslam Gənclik Forumu keçirilib -

Doha İslam Gənclik Forumu keçirilib - FOTOLAR

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

“CavanNar” tarifinə qoşul, 10 GB internet əldə et!

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur