Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb- RƏSMİ

Xəbərin çap versiyası
Tarix: 22-05-2019, 14:01    |    Xəbər oxunub: 563 dəfə
Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb-


Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Lakin araşdırma zamanı həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq da əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.

Cəlilabadda müəllimin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır -

Rusiya Tbilisiyə daha bir zərbə hazırlayır - gürcü şərabı qadağan edilə bilər

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Türkiyədə qanunsuz qaçqınları daşıyan yük maşını qəzaya uğradı

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Prezident daha bir əməkdar artistə ev hədiyyə etdi

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Əbülfəz Elçibəyin müşaviri vəfat etdi

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib -

Tərtərdə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi -

NRYTN şəhid hərbçilərin övladlarını sevindirdi - FOTOLAR

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

Mingəçevirdə “Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda seminar keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

Bu gün “Ağ ölüm”lə mübarizə günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur