Xanım rektor özünə lüks avtomobil aldı - QİYMƏT - FOTO


Xanım rektor özünə lüks avtomobil aldı -


Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.



AFN xəbər verir ki, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda bazar qiyməti 90-100 min dollardır.

Maşının 2019-cu il buraxılışı isə Bakıda 230 min dollara satılır.

Xanım rektorun maşını xüsusi yığılmış avtomobil olduğu üçün əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir. N.Əliyeva bu maşını keçmiş sahibindən 2018-ci ilin sonunda alıb.

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyev mövzu ilə bağlı bildirib ki, N.Əliyeva bəhs edilən avtomobili rektor təyin edilməmişdən əvvəl alıb: "Bunu yeni avtomobil kimi təqdim eləmək doğru deyil. O maşın Nurlana xanımda rektorluqdan əvvəl olub".

Qeyd edək ki, Nurlana Müzəffər qızı Əliyeva 23 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidentini İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru təyin edilib. Avtomobilin buraxılış ili də 2016-cı ildir.

Avtomobilin fotosunu təqdim edirik:

Xanım rektor özünə lüks avtomobil aldı -


Mənbə: Bakupost.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu