İsveç Krallığında 28 May Respublika Günü qeyd edilib - VİDEO


İsveç Krallığında 28 May Respublika Günü qeyd edilib -


2019-cu il may ayının 26-da, İsveç Krallığının Gothenburg şəhərində, Lyundbi Strand İdman kompleksində 28 May Respublika Gününə həsr olunan Azərbaycanı təmsil edən dərnəklər arasında mini futbol yarışı keçirilib. Bu yarışda İsveçin Stokholm, Boras, Linşöping və Gothenburg şəhərlərini təmsil edən klublar iştirak ediblər. Bu çempionatda 8 komanda və 64 idmançı iştirak edib. Çempionatı 4 nəfərdən ibarət peşəkar hakimlər briqadası idarə edib.



Bu,turnir bir sıra gənc, perspektivli idmançılar qazandırır. Bunlardan biri də 14 yaşlı Tanju Mustafayev olub və göstərdiyi oyuna görə təşkilatçılar tərəfindən mükafata layiq görülüb. Çempionatda 1-ci yer Traktör, 2-ci yeri Boras, 3-cü yeri isə VagenAz komandaları bölüşüblər.

Qaliblər medallarla və digər hədiyyələrlə mükafatlandırılıblar. Belə mötəbər bir çempionat artıq 4-cü dəfə keçirilir. Bir neçə il öncə bu növ yarışların ilk dəfə keçirilməsini təşkil edən və hal-hazırda bu işlərə böyük əmək sərf edən şəxslərdən biri də Azər Kazımov olub. Bu çempionatın ərsəyə gəlməsində yeni yaranmış “VagenAz” klubu xüsusi əzmkarlıq göstərərək bürünc medala layiq görülüb. Turnirin təşkilatçısı AKİF (Azərbaycan Kültür və İdman Dərnəyi) olub. Təşkilati dəstək edənlər isə Azərbaycan Evi, AFİ (Azərbaycan İsveç Federasiyası) və VagenAz (Dalğa) İctimai Dərnəkləri olublar.

Turnirin keçirilməsinə azərbaycanlı iş adamı Əhmədiyyə Əhmədov təmənnasız sponsorluq edib. Turnir sonra bayram tədbiri səmimi bir süfrəsi ətrafında davam etdirilib.





Elnur Eltürk



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu