QMİ-dən “Qaloş piri” ilə bağlı açıqlama

Xəbərin çap versiyası
Tarix: 10-06-2019, 13:41    |    Xəbər oxunub: 564 dəfə
QMİ-dən “Qaloş piri” ilə bağlı açıqlama


"Bu kimi inancların qəti şəkildə dinə uyğunluğu yoxdur. Bunların hamısı xurafat və mövhumat, sağlam məntiqə sığmayan əməldir”.

Bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində "Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumastları şərh edərkən deyib.

QMİ nümayəndəsi qeyd edib ki, İslam dini insanları bu kimi xurafatlara dəvət edə bilməz: "Ziyarətlərin olması normal haldır, çünki istənilən ölkədə ziyarətgahlar var. İnsanlar da ora gedib xeyirxah və məntiqə sığan işlər görür. Lakin bu şəkildə "ibadət formaları" dinin adına ləkədir. Qurani-kərim insanları düşünməyə, təfəkkürə dəvət edir. İbadətin formaları hədislərdə ifadə olunur. Bu şəkildə ibadət isə heç bir vəchlə qəbuledilməzdir. Məzar üstlərində dua oxunur, fatihə verilir, hədiyyə namazı qılına bilər. Bu kimi əməllər isə dinimizi gözdən salır”.

Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə "Report"un Qərb mərkəzinə açıqlamasında deyib ki, həmin görüntülər ehsan zamanı çəkilib: "Həmin evdə Seyid Miribiş ağa yaşayıb. O, 1972-ci il iyunun 8-də dünyasını dəyişib və həmin ildən bəri övladları, sonra isə nəvələri ehsan süfrəsi açıb əhaliyə ehsan veriblər. O görüntülərə diqqətlə baxsaz görəcəksiz ki, heç bir qaloşdan söhbət getmir və bu kənddə "Qaloş piri" deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seydin papağıdır. İnsanların o papağı toxunma istəkləri barədə isə heç nə deyə bilmərəm, bu, özlərinin seyidə olan inamlarıdır."

İcra nümayəndəsi onu da bildirib ki, həmin evdə yaşayan və ehsan verən şəxslərin bu mərasim zamanı camaatdan pul və ya dəyərli əşyalar alması barədə eşitməyib və bütün bu olanları başqa şeylərə yozub, seydin adına şəkk edilməsi isə xoşagələn hal deyil.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Goranboy rayon Qurbanzadə kəndində "Qaloş piri" adı ilə videogörüntü yayılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur