Maliyyə Nazirliyi icra başçısının bahalı tender elanına münasibət bildirdi

Xəbərin çap versiyası
Tarix: 30-06-2019, 19:00    |    Xəbər oxunub: 581 dəfə
Maliyyə Nazirliyi icra başçısının bahalı tender elanına münasibət bildirdi


Maliyyə Nazirliyi Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının aparatı üçün "Mercedes Benz S350" model minik avtomibilinin alınması ilə əlaqədar verilən tender elanına münasibət açıqlayıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev "Report”a açıqlaması zamanı bildirib ki, dövlət büdcəsində yerli icra hakimiyyəti orqanlarına hər hansı bahalı, dəbdəbəli nəqliyyat vasitəsinin alınması üçün vəsait nəzərdə tutulmur.

"Konkret olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinə gəlincə deyə bilərəm ki, 2019-cu ildə rayonlar üzrə yerli xərclərdə adıçəkilən rayon icra hakimiyyətinə nəqliyyat vasitələrinin alınması üçün 55 min manat vəsait proqnozlaşdırılsa da, bugünkü tarixə hər hansı nəqliyyat vasitəsinin alınması ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunmayıb. Hazırda Kəlbəcər rayon İcra Hakimiyyəti başçısına buraxılış ili 2008-ci il olan "Toyota Avalon” markalı xidməti avtomobil təhkim olunub. Müvafiq qaydalara əsasən, minik avtomibilinə 10 il ərzində tam amortizasiya hesablandığından həmin avtomobilin istifadə müddəti 2018-ci ildə başa çatıb və cari ildə bu istiqamət üzrə 55 min manat vəsait nəzərdə tutulub. Hər hansı dövlət qurumu tərəfindən alınan nəqliyyat vasitəsinin markası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmir. Nazirlik sadəcə olaraq müvafiq normalara uyğun olaraq vəsait nəzərdə tutur, büdcə təşkilatı isə dövlət satınalmaları qanunvericiliyinə riayət etməklə alışı həyata keçirməlidir”, - deyə M.Piriyev əlavə edib.

Mətbuat katibi onu da bildirib ki, "Büdcə sistemi haqqında" Qanunun 19.3 madddəsinə əsasən büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan büdcə öhdəlikləri götürülür və yalnız bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları ödənilir: "Ona görə də, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə bütün satınalmalar illik proqnoz – 55 min manat çərçivəsində aparıla bilər. Qəbul olunmuş öhdəlikdən artıq büdcə təşkilatı mal, iş və xidmətlərlə təchiz oluna bilməz, əks halda bu cür alışlar xəzinədarlıq tərəfindən uçota alınmır və kassa xərci aparılmır”.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, son illərdə dövlət orqanları, büdcə təşkilatları, dövlət şirkətləri və dövlət tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən xidməti avtomobil kimi əsasən ölkəmizdə "Khazar” Avtomobil Zavodu və "Naxçıvan Avtomobil Zavodu MMC-də müasir texnologiyalara uyğun istehsal olunan müxtəlif markalı avtomobillərə üstünlük verilir. Bu həm yerli istehsala dəstək verməklə daxili bazarın qorunması, həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət olunması baxımından vacibdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur