“O, çox təcrübəlidir, sağ olduğuna ümid edirik...” – itkin düşən pilotun ailəsi


“O, çox təcrübəlidir, sağ olduğuna ümid edirik...” –


İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəndə Xəzər dənizinə düşdüyü ehtimal edilən təyyarənin pilotu Rəşad Atakişiyev hazırda itkin düşmüş sayılır.

Lent.az -ın əməkdaşı pilot Rəşad Atakişiyevin evində olub. Ailə üzvləri bu ağır xəbərin təsiri altında olsalar da, axtarışlar hələ başa çatmadığından ümidlər də böyükdür.
“Rəşad, gözəl övlad, gözəl ata, gözəl ailə başçısıdır. Mən onu həmişə oğul yerində görmüşəm. Hazırda onu axtarırlar, bundan başqa bizə nəsə demirlər. Biz də internetdən oxuyuruq çox şeyi. Qabil bəyin (Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynlini nəzərdə tutur – H.Ə.) dediyinə görə, təyyarənin qalıqlarının yeri müəyyən edilib və bu gün dənizdən çıxarılmalıdır. Qızım da özündə deyil. Cavan adamın itkisi, yoxa çıxması hamı üçün çətindir”.
Bu sözləri Lent.az -ın əməkdaşına Rəşad Atakişiyevin qayınanası Məhbubə xanım deyib.
Məhbubə xanım bildirib ki, hazırda R.Atakişiyevin anasının vəziyyəti yaxşı deyil: “İynə vururuq, vəziyyətinə nəzarət edirik. Kim eşidirsə, bura gəlir. Hamı narahatdır. Atası, qardaşları da burdadır”.
Rəşad Atakişiyevin 34 yaşı var. Heydər Əliyev adına Hərbi Akademiyanın məzunudur və yüksək səviyyəli pilotdur. Məhbubə xanım da deyir ki, təcrübəli pilot olduğuna görə onun sağ qaldığına ümidlidirlər: “Təcrübəsi çoxdur, ona görə də sağ qaldığına ümid edirik. Həm də bizə dedilər ki, ola bilsin, Rəşad paraşütlə təyyarədən atılıb. İnanırıq ki, xoş xəbər gələcək”.
İtkin düşmüş pilotun iki övladı var: “Böyük oğlunun 7 yaşı var, 1-ci sinfi bu il qurtardı. Balaca oğlunun isə 3 yaşı olacaq. Böyük oğlu baş verən hadisənin ağırlığını dərk etdiyi üçün onu qohumlardan birinin evinə göndərdik, burda olmasın...”
Hazırkı vəziyyətlə bağlı Lent.az -a danışan Qabil Hüseynli isə bildirib ki, hazırda qızı ilə birlikdə axtarış bölgəsində - Giləzidədirlər:
“Axtarışlar ciddi şəkildə davam etdirilir. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi axtarışlara cəlb olunub. Yaxşı xəbər gözləyirik, hadisənin necə baş verməsi haqqında isə məlumatımız yoxdur”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

“O, çox təcrübəlidir, sağ olduğuna ümid edirik...” –
“O, çox təcrübəlidir, sağ olduğuna ümid edirik...” –
“O, çox təcrübəlidir, sağ olduğuna ümid edirik...” –



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu