Mehriban Əliyeva Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib - FOTO


Mehriban Əliyeva Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib -


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

Pilot bu gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Mehriban Əliyeva Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu