Vasim Məmmədəliyev dəfn edildi - FOTO/YENİLƏNİB


Vasim Məmmədəliyev dəfn edildi -


Akademik Vasim Məmmədəliyev dəfn edilib.



AFN "Report"a istinadən xəbər verir ki, mərhum II Fəxri Xiyabanda torpağa taşırılıb.

Dəfn mərasimində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Atatürk Mərkəzinin sədri, deputat Nizami Cəfərov, rəsmi şəxslər, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

14.54

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb.

Mərhumun cənazəsi Bakı Dövlət Universitetindən götürülüb. Mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılır.

Qeyd edək ki, V.Məmmədəliyevlə vida mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Vergilər naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ombudsman Elmira Süleymanova, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, mərhumun ailə üzvləri, yaxınları, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

13.11

Bakı Dövlət Universitetində (BDU) mərhum akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Vida mərasimi saat 15:00-dək davam edəcək. Mərasimdən sonra mərhumun nəşi torpağa tapşırılması üçün İkinci Fəxri xiyabana aparılacaq.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev oktyabrın 13-də axşam saatlarında 77 yaşında vəfat edib.

Vasim Məmmədəliyev dəfn edildi -
Vasim Məmmədəliyev dəfn edildi -
Vasim Məmmədəliyev dəfn edildi -
Vasim Məmmədəliyev dəfn edildi -
Vasim Məmmədəliyev dəfn edildi -
Vasim Məmmədəliyev dəfn edildi -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu