Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı rəsmi açıqlama


Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı


Daxili İşlər Nazirliyi iki azyaşlı uşağa atası və ögey anası tərəfindən işgəncə verilməsi haqda sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.



Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ağcabədi rayon sakini Tərgiz İbrahimova Nazirliyin 102 Xidmətinə müraciət edərək mərhum bacısının Sabunçu rayonunda yaşayan iki azyaşlı övladı Hüseyn və Qulunun ataları Xəqani Əkbərov və ögey anaları Nuranə tərəfindən işgəncəyə məruz qalmasını bildirib. Müraciət əsasında Sabunçu RPİ 15-ci Polis Bölməsində təhqiqat aparılıb:

“Araşdırma zamanı tərəflərin izahatı alınaraq hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Ekspertlərin rəyinə görə, hər iki azyaşlının bədənlərinin müxtəlif hissələrinə müxtəlif vaxtlarda yetirilən xəsarətlərin sağlamlığa yüngül və az ağır zərər vurmaya aid olduğu müəyyən edilib. Hər iki valideynin uşaqlara əzab verməsi ilə bağlı toplanmış materiallar cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib”.

Qeyd edək ki, məlumata görə, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Əkbərov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların atası həyat yoldaşı ilə birlikdə hər iki oğluna müxtəlif işgəncələr verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu