İcra başçısı və müavinini hansı qurum həbs edib? - YENİLƏNİB


İcra başçısı və müavinini hansı qurum həbs edib? -


Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub.



AFN xəbər verir ki, bu barədə lent.az saytı özəl mənbələrə istinadən məlumat yayıb.

Onunla birlikdə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavinlərindən birinin də əməliyyat zamanı saxlanıldığı barədə məlumat var. Onlar saxlanılaraq Bakıya gətirilib. N.Quliyevin və müavinin saxlanmasının səbəbləri hələlik məlum deyil. Əməliyyat barədə rəsmi qurumlar da hələlik heç bir açıqlama yaymayıb.

12.44

Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.

İH-dən Unikal.org-a verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.

Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

12.18

Azərbaycanda sensasion hadisə baş verib.

AFN xəbər verir ki, bakupost.az-ın yazdığına görə, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.

Sayt qeyd edib ki, icra başçısının və onun müavininin kimliyi onlara məlum olsa da, hələlik adlarını yazmırlar, rəsmi cavab gözləyirlər.

Qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu