20 yanvar faciəsinin qurbanları heç vaxt yaddan çıxmayacaq - Rusiyalı deputat


20 yanvar faciəsinin qurbanları heç vaxt yaddan çıxmayacaq -


“Bakıya hər gəlişimdə Şəhidlər Xiyabanını ziyarət edirəm”.



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbirində çıxış edən Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski bildirib.

O, çıxışında bildirib ki, bu faciədə gənc insanlar, zabitlər, ziyalılar həyatlarını itiriblər: “Həmin hadisələrdə heç bir siyasətçi və ya fəal xəsarət almayıb, həyatını itirməyib. Hələ də bu qərarın qəbul olunma mexanizmi bizə məlum deyil. Yəqin ki, bu cinayətin təhqiqatına qayıtmağın lazım olduğunu söyləməyin mənası var. Sovet məkanında o dövrdə bundan daha qəribə bir hadisə baş verməmişdi. Bu dəhşətli faciənin heç bir bəraəti yoxdur".

Rusiyalı deputat 20 yanvar şəhidlərinin heç vaxt unudulmayacağını vurğulayıb: "Bizdən sonra gələn nəsillər də bu faciənin qurbanlarını heç vaxt yaddan çıxartmayacaq".

----------------------------------------------------------------------------------------------------

Fiziki Server

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu