“Virusun pandemiya potensialı var” - ÜST narahatdır


“Virusun pandemiya potensialı var” -


“Koronavirusun yayılması vəziyyəti ətrafında elə bir an gəlib çatıb ki, lazımi tədbirlər görülməzsə, epidemiyanın nəzarətdən çıxıb-çıxmayacağı ilə bağlı qərar vermək lazımdır”.



“Qafqazinfo”nun “İnterfaks”a istinadən məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. “Biz hazırda həlledici mərhələdəyik”, - deyə Qebreyesus Cenevrədəki konfransda bildirib.

Onun sözlərinə görə, koronavirusun təsirinə məruz qalan ölkələr effektiv onun yayılmasının qarşısını almaq üçün tədbirlər görməsə, virus nəzarətdən çıxa bilər:

“Əgər həmin ölkələr Çin kimi tədbirlər görsə, o zaman yoluxma halının azaldığını, nəticədə isə qarşısının alındığını görəcəklər.

Virus hazırda pandemiya potensialı daşıyır. Hərəkətə keçmək lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu