Çinin Baş epidemioloqu COVID-19-u dayandırmağın yolunu açıqladı


Çinin Baş epidemioloqu COVID-19-u dayandırmağın yolunu açıqladı


Koronavirusla bağlı çətin vəziyyətə düşən ölkələr lazımi tədbirlər görsələr, pandemiya iyunda başa çatacaq.



Bu sözləri Çinin Baş epidemioloqu Çjun Nanşan deyib. "İtaliya və Cənubi Koreyada artıq tədbirlərin görüldüyündən çox məmnunam, orada yeni halların sayı azalmaqdadır. Əgər bu belədirsə, epidemiyanın iyunda başa çatacağını gözləyirəm”, baş epidemioloq bildirib.

Nanşana görə, bir qayda olaraq, yayda yüksək hava istiliyi şəraitində virusun aktivliyi çox azalır, buna görə də epidemiya azalacaq. O, virusun çox sürətlə yayıldığını, buna görə vəziyyətə nəzarət etmək üçün hökumətin müdaxiləsinin lazım olduğunu vurğulayıb. "İtaliyada, İspaniyada, ABŞ-da və Fransa kimi bəzi ölkələrdə xəstəlikdən baş verən ölüm halları çox yüksəkdir. Bu o deməkdir ki, epidemiyaya kifayət qədər diqqət yetirmək lazımdır. Çünki Çinə baxsanız, ölkədə bu virusdan ölüm nisbəti təxminən 3% təşkil edir, amma əslində fərq çox böyükdür. Vuhan və Hubeydə ölüm nisbəti 4.9%, Hubeyin xaricində isə çox aşağıdır. Bu o deməkdir ki, çox sərt nəzarət tədbirləri var”, - deyə ekspert bildirib.

Günün əvvəlində Çin koronavirus epidemiyasının zirvə mərhələsinin bitdiyini elan edib.

Martın 11-də ÜST dünyada COVID-19 pandemiyasını elan edib. Önümüzdəki günlərdə və həftələrdə təşkilat virusdan təsirlənən ölkələrdə ölənlərin sayının artacağını proqnozlaşdırır.

Şiddətli sətəlcəmin törədicisi COVID-19 olan SARS-CoV-2 virusunun epidemiyası 2019-cu il dekabrın sonlarında Çinin Vuhan şəhərində başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu