ABŞ-dan daha bir qalmaqallı görüntülər: Cəsədlər boş otaqlara doldurulur – Fotolar


ABŞ-dan daha bir qalmaqallı görüntülər:


Koronavirusa yoluxma və ölüm statistikasına görə ilk sıranı tutan ABŞ-dan qorxunc görüntülər yayılmaqda davam edir. Nyu-Yorkdakı kütləvi məzar qalmaqalından sonra bu dəfə CNN qalmaqallı görüntülər yayıb. “Sinai-Grace” xəstəxanasından çəkilən görüntülərdən belə məlum olur ki, morqda yer olmadığı üçün cəsədlər artıq otaqlara doldurulur.

Xəstəxana personalı məsələ ilə bağlı CNN-ə açıqlama verərək, görüntüləri təsdiqləyib. Bildirilib ki, xəstəxanada işləyən tibb heyətinin yatması və dincəlməsi üçün nəzərdə tutulan həmin otaqlar artıq morqa çevrilib.

Qeyd edək ki, bu günə qədər ABŞ-da 587 min 173 nəfər koronavirusa yoluxub, 23 min 649 nəfər virusdan dünyasını dəyişib. Hər keçən gün ABŞ-da vəziyyət ağırlaşır, ölənlərin sayı kəskin artır.//musavat.com

ABŞ-dan daha bir qalmaqallı görüntülər:
ABŞ-dan daha bir qalmaqallı görüntülər:







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu