Zərdabda karantini pozanlardan ikisi həbs edildi, 15-i cərimələndi


 Zərdabda karantini pozanlardan ikisi həbs edildi, 15-i cərimələndi


Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

Polis əməkdaşları istər rayon ərazisində, istərsə də kəndlərdə gücləndirilmiş iş rejimində mütəmadi reydlər həyata keçirirlər.

Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür.

Belə ki, təkcə son bir gün ərzində rayon ərazisində 15 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilərək cərimələnib, 2 nəfər isə inzibati qaydada 10 gün müddətinə həbs edilib.//report.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu