Ermənistanda məhbuslar aclıq aksiyası keçirir


 Ermənistanda məhbuslar aclıq aksiyası keçirir


Ermənistanın “Vanadzor” həbsxanasında 20-yə yaxın məhbus aclıq elan edib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından olan deputat Gevork Petrosyan aprelin 22-də parlamentin növbədənkənar iclasında bildirib.

Onun sözlərinə görə, 20 məhbus məhkəmə icraatı uzandığı üçün aclıq elan ediblər.

Bu partiyanın başqa bir deputatı Naira Zoqrabyan isə deyib ki, məhbusların tələbinin təmin olunması ilə bağlı addım atılmasa aksiyaya qoşulanların sayı artacaq.

Bildirilib ki, bir müddət əvvəl Ermənistanın baş prokuroru Qor Abramyan koronavirusa qarşı mübarizə tədbirləri çərivəsində 20 məhbusun azadlığa buraxıldığını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu