Heç bir repetitor dəqiq gəlirinin vergisini ödəmir, qalıb insaflarına... - Ekspert


Heç bir repetitor dəqiq gəlirinin vergisini ödəmir, qalıb insaflarına... -


"Repetitor kimi fəlaiyyət göstərənlər 3 ay müddətində ümumi gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergiyə ödəməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bankdan kredit götürəndə, təqaüdə çıxanda ödənilən vəsaitlər özlərinə qayıdacaq:

"Repetitor fəaliyyətindən gəlir əldə edən şəxs kimi hesabat rübü ərzində (3 ay) təqdim etdiyi işlərə, xidmətlərə görə əldə edilmiş ümumi gəlirlərin Bakı şəhərində 4 faizi, digər regionlarda isə 2 faizini vergi ödəyir. Vergi ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Repetitorlar vergi bəyannaməsinin onlayn rejimdə göndərilməsi” üçün İnternet Vergi İdarəsindən (e-taxes.gov.az) istifadə edirlər.

Çoxları deyir ki, müəllim bütün ili repetitor kimi məşğul olmur, aylar üzrə müxtəlif xidmət haqqı alır, bir çox şagirdi pulsuz hazırlaşdırır.

Rüb ərzində gəlir əldə etdiyin məbləğin 2 və ya 4 faiz vergisini ödəyirsiniz. Məsələn, bir ay 500, o biri ay 400, 3-cü ay 800 manat repetitorluqdan gəlir əldə etmisiniz. 3 aylıq gəliriniz toplanır (500+400+800 =1700) onun 2–4 faizini vergi kimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə, vergi bəyənnamənizi 0-la verə bilərsiniz".

Kamran Əsədov qeyd edib ki, heç kim dəqiq gəlirinin vergisini ödəmir:

"Deyəcəksiniz ki, kim müəyyən edəcək ki, mən nə qədər şagird hazırlayıram, nə qədər pul alıram? Bunu müəyyən etmə mexanzmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repetitorluğa tətbiq edilmir. Bəli, heç kim dəqiq gəlirinin vergisini ödəmir. Qalıb bu insanların insafına. Sadələşdirilmiş vergi ödəyicisi kimi nə qədər qazandığınızı qeyd etsəz, onun 2–4 faizini ödəyəcəksiz. Bunun sizin üçün faydası çoxdur. Bankdan kredit götürəndə, təqaüdə çıxanda ödədiyiniz vəsaitlər sizə qayıdacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu