Şabranda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib


Şabranda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib


Şabran Rayon İcra Hakimiyyəti rəhbərliyinin inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə videomüşavirə keçirilib.



Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov rayonda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Diqqətə çatdırılıb ki, rayon ərazisində profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlər davam etdirilir.

Asif Hüseynov pandemiya şəraitində rayon sakinlərinin sağlamlığının qorunması və sosial müdafiəsinin təmin edilməsinin prioritet məsələ olduğunu vurğulayaraq özünütəcrid şəraitində qalan aztəminatlı ailələrə göndərilən ərzaq sovqatlarının çatdırılması məsələsindən bəhs edib. Qeyd olunub ki, proses zamanı şəffaflığın və çevikliyin tam təmin olunması, o cümlədən sakinlərin qayğıları və tələbləri ilə daha yaxından maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət xüsusi diqqət mərkəzindədir.

Videomüşavirədə yerli icra nümayəndələri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər.

Videomüşavirədə Asif Hüseynov rayon sakinlərini tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə çağırıb. O, karantin rejimində müvafiq qaydalar və tələblərin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu