Asəf Zeynallının baxımsız qalan məzarı təmizləndi - VİDEO


 Asəf Zeynallının baxımsız qalan məzarı təmizləndi -


Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə foto yayılıb.

AFN
xəbər verir ki, 23 yaşında vəfat edən bəstəkarın qəbrini ot basıb.

Məsələyə Mədəniyyət Nazirliyi reaksiya verib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov APA-ya bildirib ki, Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bizdə ciddi narahatlıq yaradıb.

O qeyd edib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyəti dövlət qurumları məşğuldur:

“Buna baxmayaraq, biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A.Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir:

“Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A.Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu.

Sadəcə, bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur”.

Məlumat üçün bildirək ki, artıq dirijor Mustafa Mehmandarov bir qrup musiqiçi ilə birlikdə dahi bəstəkarın məzarını ziyarət ediblər.

Onlar məzar ətrafında təmizlik işləri aparıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu